Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda Bioloji Təbabət Klinikası ağacları kislota ilə suvarır
Bakıda Bioloji Təbabət Klinikası ağacları kislota ilə suvarır3-09-2014, 15:38 |
|
Bakı şəhərində son günlər davam edən ağac soyqırımına biri də əlavə olunub. Belə ki, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan 26 küçəsinin sakinləri üsyana qalxıblar. Sakinlər iddia edirlər ki, Bioloji Təbabət Klinikasının və "Planet" aptekinin rəhbərliyi burada hansısa obyek tikmək istəyir. Ona görə də 50 ildən çox yaşı olan ağacları "qurudu" adı ilə sıradan çıxarmağa çalışırlar. Sakinlər bildirirlər ki, əvvəlcə burada naməlum şəxslər gözə dəyib. Dünən axşam isə kimlərsə gətirib ağacların dibinə sulfat turşusu töküblər ki, qurusun. Sakinlərin FaktXəbər-ə göndərdiyi şəkillərdə də ağacların dibinə sulfat turşusu töküldüyü aydın şəkildə görünür. P.S. Məqalədə adı çəkilən obyekt sahiblərinin də fikirlərini işıqlandırmağa hazırıq. Geri qayıt |