Əsas Səhifə > Güney Press / Ana xəbər > Mikayıl Cabbarov Misir Mərdanovun daha bir В«mirasınıВ» təmizləyir

Mikayıl Cabbarov Misir Mərdanovun daha bir В«mirasınıВ» təmizləyir


3-09-2014, 12:04
Mikayıl Cabbarov Misir Mərdanovun daha bir В«mirasınıВ» təmizləyir
Mikayıl Cabbarovun göstərişi əsasında Texniki Peşə Təhsili şöbəsində aparılan yoxlamalarda ciddi korrupsiya faktları üzə çıxarılıb.

Təhsil nazirliyi Texniki Peşə Təhsili şöbəsinin müdiri Namiq Məmmədovun fəaliyyəti nazir Mikayıl Cababrovun şəxsi göstərişi ilə yoxlanılıb və Texniki Peşə Təhsili şöbəsi ciddi şəkildə korrupsiya halları aşkar olunduğu iddia olunur. Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, aparılan yoxlamalarda məlum olub ki, keçmiş nazir Misir Mərdanovun dövründə Texiki Peşə Təhsil şöbəsinə ayrılan milyonlarla manat vəsaitlər müxtəlif işlərin adı altında silinərək mənimsənilib. Silinən milyonlarla manat vəsaitin arxasında isə Texniki Peşə Təhsili şöbəsinin müdiri Namiq Məmmədovun dayandığı qeyd olunur.

Qeyd edək ki, Texniki Peşə təhsil şöbəsinin nəzdində 113 peşə məktəbi fəaliyyət göstərir. Daxil olan məlumata əsasən rayonlarda fəaliyyət göstərən peşə məktəblərinə ayrılan vəsaitlər direktorlar tərfindən silinərək şöbə müdiri Namiq Məmmədovla birlikdə bölüşdürülüb. Ayrılan vəsaitlər əsasən peşə məktəblərinin cari təmiri və dəfərxana ləvazimatlarının alınması adı altında sənədləşdirildiyi qeyd olunur.

Bildirirlir ki, təhsil nazirliyinin apardığı yoxlamalarda peşə məktəb binalarının cari təmir olunmasında külli miqdarda vəsaitlərin mənimsənildiyi üzə çıxıb. Son iki ildə Texniki Peşə Təhsili şöbəsinin ümumilikdə 4 milyon manata yaxın vəsait ayrılıb ki, bununda böyük bir hissəsi cari təmirlərə, peşə məktəblərə avadanlıqların alınması və sair işlərə xərclənib. Əslində isə heç bir təmir işləri aparılmadığı iddia olunur.

Mənbə idda edir ki, peşə məktəblərinə alınna müxtəlif avadanlıqların alınmasında da yeyinti faktları aşkarlanıb. Belə ki, bir çox dəzgahların təmiri, yenisi ilə əvəzlənməsində qiymətlər sənədlərəd bir neçə dəfə şişirdilib. Bundan başqa Texniki Peşə Təhsili şöbəsinin müdiri Namiq Məmmədovun əsas maxinasiyası olan şagirdlərə verilən müavinat məsələsindədə çox ciddi nöqsanlar tapıldığı deyilir.

Bildirək ki, peşə məktəblərində oxuyan şagirdlərə dövlət tərəfindən 35 manat, valideyinlərindən birini itirmiş şagirdlərə isə 95 manat müavinat verilir.

Nazir Mikayıl Cababrovun Namiq Məmmədov haqqında üzə çıxartdırdığı korrupsiya faktları İlə bağlı son qərarı vermədiyi qeyd olunur. Amma hələki nazir idarə müdirini hansısa səbəblərə görə vəzifəsindən uzaqlaşdırmır. Ancaq yaxın günlərdə Texniki Peşə Təhsil İdarəsinin müdiri Namiq Məmmədovun vəzifəsində qalıb qalmaycağı məlum olacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt