Əsas Səhifə > Güney Press / Ana xəbər > Artur Rəsizadə və Fazil Məmmədov məhkəməyə verildi

Artur Rəsizadə və Fazil Məmmədov məhkəməyə verildi


3-09-2014, 11:14
Artur Rəsizadə və Fazil Məmmədov məhkəməyə verildi
Nazirlər Kabineti məhkəməyə verilib

Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, NK-dən şikayətçi “Nail” xüsusi ticarət kommersiya istehsalat və müalicə şirkətidir.

Adıçəkilən şirkət həmçinin, üçüncü şəxs kimi Bakı şəhər və Xətai rayon icra hakimiyyətlərini, “Reslan-A” firmasını da məhkəməyə verib. Şirkətin tələbi “dövlət hesabına vəkillə təmin olunma” barədə ərizəyə aiddir.

Bundan başqa, В«QanunВ» Jurnalı Vergilər Nazirliyinin iki departamentini məhkəməyə verib. Jurnalın iddiası cavabdehlərin əməkdaşlarının qanunsuz hərəkətlərinə son qoyulması barədədir.

Qeyd edək ki, həmin qurumlar VN yanında Vergi Auditi Departamenti və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentidir.

Geri qayıt