Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiya Ukraynadan sonra Baltikyanı ölkələri işğal edəcək

Rusiya Ukraynadan sonra Baltikyanı ölkələri işğal edəcək


2-09-2014, 13:18
Rusiya Ukraynadan sonra Baltikyanı ölkələri işğal edəcək
Amerika prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi, politoloq Zbiqnev Bjezinski Rusiyanın Ukraynaya qoşun yeritməsilə bağlı olduqca maraqlı fikirlər söyləyib.

Axar.az xəbər verir ki, Bjezinski CNN telekanalına verdiyi müsahibəsində sentyabrın 4-də Uelsdə keçiriləcək NATO sammitindən çox şey gözlədiyini deyib.

“Rus qoşunları, rus tankları sərhədi keçir, rus artilleriyası atəş açır, separatçılar rus silahları ilə silahlanır. Bu, ciddi təhdiddir”, - Bjezinski deyib.

"Mən NATO-nun aktiv və etibarlı İttifaq olmasının sübutunu, yəni ümumi təhlükəsizliyin təmini məsələsində qəti addımlar ata biləcək bir qurum olduğunun əməldə təsdiqini gözləyirəm. Bu, tərkibində amerikalıların, ingilislərin, fransızların, almanların və italyanların təmsil olunduğu NATO qüvvələrinin Baltikyanı, hətta Polşa ərazisində cəmləşməsi məsələsinin dəqiqləşməsi deməkdir".

Politoloq bildirib ki, NATO Rusiyaya ciddi xəbərdarlıq etməlidir:
Ruslara siqnal vermək lazımdır ki, bu ölkələr Ukrayna deyil. Əgər Putin Ukraynada qələbə çalsa, o, eyni strategiyanı Baltikyanı ölkələrə tətbiq edəcək”.

Geri qayıt