Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıtın icra başçısı yas mərasimlərinə birdəfəlik qadağa qoydu

Sumqayıtın icra başçısı yas mərasimlərinə birdəfəlik qadağa qoydu


1-09-2014, 13:33
Sumqayıtın icra başçısı yas mərasimlərinə birdəfəlik qadağa qoydu
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyub.

Bu barədə AzVision.az-a şəhər icra hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb.

Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib.

İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.

Geri qayıt