Əsas Səhifə > Güney Press / Ana xəbər > ŞOK: PKK heykəlinin arxasından Gülən çıxdı
ŞOK: PKK heykəlinin arxasından Gülən çıxdı1-09-2014, 12:52 |
|
Gülənçilərin Diyarbəkirdən başladmaq istədiyi xaos planını Milli Kəşfiyyat üzə çıxarıb. Avropa.info-nun məlumatına görə, kirli əllər Türkiyənin şərq və cənub şərqinə də uzanıb. Burada yaşayan kürdləri ayaqlandırmağa çalışan "Paralel dövlət" bölgədəki fəaliyyətində aktivləşib. Passiv rejimdə saxladığı adamlarını aktiv edən və bölgədə xaos yaratmaq istəyən "Paralel dövlət"in 4 mərhələdən ibarət planı kəşfiyyatçılar tərəfindən deşifrə edilib. Beləliklə 17-25 dekabrda uğursuz olan "Paralel dövlət"in son oyunu da baş tutmayıb. Milli Kəşfiyyatın hazırladığı hesabatda mühüm detallar üzə çıxıb. Hesabata görə, gülənçilər "Kürdləri hökumətə qarşı qaldırmaq", "Həll prosesinə inamı azaldmaq", "Etiraz aksiyası etib polislə atışmaya girmək" və "Həll prosesini bitirmək" olaraq 4 mərhələdən ibarət planı həyata keçirməyə çalışıb. Son vaxtlar Diyarbəkirdə artan maşın yandırmaq, adam qaçırmaq hadisələri, Liçə rayonunda PKK-çı Mahsum Korkmaza heykəl ucaldılması və iki polisin şəhid edilməsinin arxasından da "Paralel dövlət" çıxıb. Geri qayıt |