Əsas Səhifə > Güney Press / Ana xəbər > Nədən DYP-imiz bunların qarşısında aciz qalıb?

Nədən DYP-imiz bunların qarşısında aciz qalıb?


1-09-2014, 10:49
Nədən DYP-imiz bunların qarşısında aciz qalıb?
Avtoxuliqanların ən sevimli məkanlarından biri olan "beşmərtəbə" dairəsində daha bir hadisə baş verib. Bu dəfə 3 "avtoş" "beşmərtəbə"də öz məharətini göstərir. Onlar Daxili İşlər Nazirliyinin qarşısından, yəni Hüsü Hacıyev küçəsindən yüksək sürətlə hərəkət edərək "beşmərtəbə" dairəsinə daxil olurlar. Lakin hər üç maşın dairəni fırlanmadan düzünə hərəkət edib təhlükə yaradırlar. Əvvəlcə iki "07" bir-biri ilə ötüşür və dairəyə daxil olarkən düzünə hərəkət etmək istəyirlər. Bu zaman "07"dən biri idarəetməni itirərək yuxarıdan "beşmərtəbə" dairəsinə daxil olan "Opel" markalı avtomobili vurur. Bununla kifayətlənməyən "07"nin sürücüsü maşını geriyə hərəkət etdirib hadisə yerindən qaçır. Digər "avtoş" da onun arxasınca hərəkət edir. Az sonra onların arxasınca daha bir "avtoş"un gəldiyi görünür. "Lada Priora" markalı bu avtomobil də özündən əvvəlkilərin hərəkətlərini təkrarlayaraq kobud qayda pozuntusuna yol verməklə aradan çıxır. Hər halda, bu görüntülər Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Mərkəzinin kameralarına həkk olunub. Məlumata görə, artıq hər üç "avtoş" yol polisi tərəfindən aşkarlanaraq barələrində tədbir görülüb./Avtosfer



Geri qayıt