Əsas Səhifə > Güney Press / Ana xəbər > İntiqam Əliyevin son vəkillik işi də məhkəmədə uğrusuz oldu

İntiqam Əliyevin son vəkillik işi də məhkəmədə uğrusuz oldu


28-08-2014, 15:10
İntiqam Əliyevin son vəkillik işi də məhkəmədə uğrusuz oldu
Avqustun 25-də Şəki Apellyasiya Məhkəməsində Azərbaycan Respublikası Konstitusiyasının 49-cu (Sərbəst toplaşmaq azadlığı) maddəsinin pozulması ilə bağlı iddiaçılar Abdullayev Əli Veysəl oğlu, Abdurahmanov Rauf Şəfayət oğlunun Şəki şəhər İcra Hakimiyyətinə qarşı Şəki inzibati-iqtisadi məhkəməsinin 14 may 2014-cü ıl tarixində cavabdehin xeyrinə çıxarılmış qərarından apellyasiya şikayətinə baxılıb.

Məhkəmə 10 dəqiqəyə yekunlaşdı. Belə ki,hakim Ələddin Məcidov iddiaçıların fikirlərində qəti olduğunu öyrəndikdən sonra əvvəlcədən hazırlanmış qərarı oxudu: iddiaçıların şikayəti təmin olunmadı və Şəki inzibati-iqtisadi məhkəməsinin qərarı qüvvədə qaldı.

Qeyd edək ki,apelyasiya şikayətini hal-hazırda həbsdə olan vəkil İntiqam Əliyev hazırlamışdı.

Geri qayıt