Əsas Səhifə > Güney Press / Ana xəbər > Şəkidə məmurları 4 il kredit ödəməyə kim məcbur edib?

Şəkidə məmurları 4 il kredit ödəməyə kim məcbur edib?


27-08-2014, 13:48
Şəkidə məmurları 4 il kredit ödəməyə kim məcbur edib?
Şəkinin sabiq icra başçısı, adı son dövrlər çox ciddi qalmaqallarda hallanan Nazim İbrahimovun növbəti maliyyə maxinasiyalarından birinin üstü açılıb. JAM.AZ-a verilən məlumata görə, 2009-cu ildə baş vermiş olayın əziyyətini çəkənlər isə çox olub.

Məlumatda deyilir ki, sözügedən ildə Şəkildə yeni mərkəzi xəstəxananın inşası prosesi həyata keçirilib. Dövlət büdcəsindən ayrılan pulun təyinatı üzrə xərclənməməsi isə əlavə vəsaitə ehtiyac yaradıb. Belə olan təqdirdə, icra başçısı olan Nazim İbrahimov da üzünü yerli idarə və müəssisələrə tutaraq, onlardan pul tələb etməyə başlayıb.

JAM.AZ-a verilən məlumatda deyilir ki, həmin vaxt icra başçısı bütün idarə və müəssisə rəhbərlərindən heç də kiçik olmayan məbləğdə pul tələb edib. Tələb olunub ki, verilən tapşırıq icra olunmazsa, idarə və ya müəssisə rəhbəri ərizəsini yazaraq, işdən getsin.

Bu qədər pulu tapmaqda əziyyət çəkən əksər müəssisə rəhbəri isə nə edəcəkləri barədə icra başçısına sual verməyə cəsarət ediblər. Nazim İbrahimov da onlara çıxış yolunu göstərib: В«Beynəlxalq Bankın Şəki filialının rəhbəri Ramazan sizi gözləyirВ». Yəni, hamı kredit götürməklə vəziyyətdən çıxa bilər.

Qeyd edilir ki, Şəkidən olan məmurlar da məcburiyyətdən verilən tapşırığa əsasən hərəkət ediblər və bankdan xeyli miqdarda kredit götürüblər. Ödəniş müddəti isə 2013-cü ildə başa çatıb. Elə bu müddətdən belə aydın görünür ki, bankdan alınan kreditin həcmi heç də kiçik olmayıb.

Geri qayıt