Əsas Səhifə > Güney Press / Ana xəbər > Masallıda çarəsiz qalan ailə meşədə məskunlaşıb

Masallıda çarəsiz qalan ailə meşədə məskunlaşıb

27-08-2014, 12:24
Masallıda çarəsiz qalan ailə meşədə məskunlaşıb
Masallı rayonu Lürən kəndində anadan olmuş 1979-cu il təvəllüdlü Abdullah Rahid oğlu Şükürov, rayon ərazisindəki meşə ərazisində yaşayır.

A.Şükürov bildirir ki, uzun illərdir Masallı rayonunda kirayə yaşayıb: "Öz doğma kəndimizdə evimizdə yaşaya bilməmişəm ona görə ki, ailə üzvlərim dünyasın dəyişəndən sonra yaxın qohumlarım saxta sənədlərlə babadan atadan qalan mirası və evi öz adlarına keçiriblər. Hal-hazırda da onlara məxsusdur. Artıq 3-cü aydır ki, mən ailəm ilə birlikdə bax bu gördüyünüz meşədə karkazda yaşayıram. Bu məsələ ilə bağlı yerli orqanlara, icra hakimiyyətinə müraciət etmişəm... Cavabı isə birmənalı olaraq mənim əleyhimə olub.

Səbəbi budur ki, məni sürgün edən qohumlarım yerli lazımi orqanlara pul veriblər, buna görədə şikayətlərimə baxılmayıb. Onuda deyim ki, bizim 3 aydir burda qaldığımızdan bütün rayon orqanlarının xəbəri var. Bir neçə dəfə icra numayəndələri o cümlədən Nadir Abıyev özü şəxsən uzaqdan bizi izləyib. Sanki, bu tutduqları əməl üçün sevinirlər. Son sözüm budur ki, mən bu haqsızlığa görə vətəni tərk edib hansısa bir dövlətə, ölkəyə sığınacam və vətəndaşlıqdan imtina edib o dövlətin vətəndaşlıqını qəbul edəcəm”.

Geri qayıt