Əsas Səhifə > Güney Press / Ana xəbər > Xocavənd rayon icra başçısının sürücüsü avtoşluq edir

Xocavənd rayon icra başçısının sürücüsü avtoşluq edir


16-08-2014, 15:45
Xocavənd rayon icra başçısının sürücüsü avtoşluq edir
Bu gün saat 14:00 radələrində “Memar Əcəmi” metro stansiyası yaxınlığında Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının xidməti avtomobili qəza şəraiti yaradıb

Xalq.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə “Toyota” markalı “28 AA 001” Dövlət nömrə nişanlı avtomobil “Memar Əcəmi” metro stansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsində sərt manevr edərək qəza şəraiti yaradıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, həmin vaxt icra başçısı Eyvaz Hüseynov xidməti avtomobildə olmayıb.

Geri qayıt