Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycan vətəndaşları necə olur ki, vəhabilərə qoşulur?

Azərbaycan vətəndaşları necə olur ki, vəhabilərə qoşulur?


16-08-2014, 11:23
Azərbaycan vətəndaşları necə olur ki, vəhabilərə qoşulur?
Azərbaycanda digər dinlərin nümayəndələri az olsa da, hər halda var. Ölkədə uzun illərdir, dinlərin, məzhəblərin dinc və yanaşı yaşaması digər dövlətlərə bir nümunədir. Cəmiyyətlərdə dincliyin, sabitliyin yaranmasının əsas səbəblərindən biri də dözümlülüyə riayət etməkdir.

SalamNews xəbər verir ki, bunu İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İKGF ARM) direktoru Elçin Əsgərov "Milli Tolerantlıq Mərkəzi" layihəsi çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Azərbaycanda dini tolerantlıq ənənələrinin tərənnümünə həsr olunmuş silsiləvi seminar-treninqlərin Qubadakı açılış mərasimində bildirib.

E.Əsgərovun fikrincə, regionla müqayisədə Azərbaycanda dini dözümlülük baxımından vəziyyət çox yüksək səviyyədədir. Azərbaycanda dinlərarası, məzhəblərarası sahədə problem yoxdur. Lakin bunu yaratmaq istəyən müəyyən qüvvələr var: “Bu da daha çox regionda, xaricdə gedən proseslərdən qaynaqlanır. Lakin bu qüvvələr kifayət qədər zəifdirlər. Həm dövlət onların qarşısını alır, həm də onların fikirləri ümumiyyətlə nə dindarlar, nə də cəmiyyət tərəfindən qəbul olunur. Bu gün İraqda, Suriyada, digər müsəlman ölkələrində baş verən hadisələr, qarşıdurmalar böyük dövlətlərin, transmilli şirkətlərin iqtisadi və digər resurslara sahib olmaq istəyindən qaynaqlanır. Təəssüf ki, həmin regionda gedən proseslər ölkəmizə də təsir edib. Artıq bəzi hallarda Azərbaycanda dini dözümsüzlük nümunələrinə, radikal cərəyanlara rast gəlirik. Anlamaq lazımdır ki, dözümsüz yanaşma bizim cəmiyyətdə xoşagəlməz hallara gətirib çıxara bilər. Biz başqasının əqidəsini bölüşməyə bilərik. Amma bir-birini təhqir etmək, dözümsüz yanaşmaq nə İslama, nə də dünyada ümumi qəbul edilmiş prinsiplərlə uyğunlaşır."

Mərkəzin direktoru hesab edir ki, tolerant olmaq etinasız olmaq demək deyil: "Tolerantlıq dini dəyərlərin hər hansı formada alçaldılmasına dözmək demək deyil. Tolerantlığın əsas prinsipi dözümsüzlüyün qarşısını almağın yolunu tapmaq, radikal cərəyanlar digər icmalara qarşı hücum edirsə, onları yerində oturtmaqdır. Bunun üçün isə ilk növbədə dini maarifləndirmə işləri aparılmalıdır. İnsanlar öz dinləri haqqında düzgün biliklərə malik olsalar, xarici radikalmeylli qüvvələrin təsiri altına düşməzlər. Çünki radikalların özlərinə tərəfdar toplamalarının əsas səbəbi insanların kifayət qədər dini biliklərə sahib olmamalarıdır. Onlar Quran ayələrini, Peyğəmbər (s) hədislərini kontekstdən çıxarılmış formada təqdim və təbliğ edirlər. Maarifləndirmə işləri aparılsa, onların hamısı təkzib olunabiləcək fikirlərdir.”


Geri qayıt