Əsas Səhifə > Güney Press / Ana xəbər > Zabratda icra nümayəndəsi rüşvətin qiymətini bahalaşdırıb

Zabratda icra nümayəndəsi rüşvətin qiymətini bahalaşdırıb


13-08-2014, 15:16
Zabratda icra nümayəndəsi rüşvətin qiymətini bahalaşdırıb
İcra nümayəndəsi Vüqar Əsədov qəsəbədə ev tikinti qiymətlərini iki dəfə qalıdırıb. Sakinlər icra nümaynədəsinin qiymət qaldırımını özbaşınalıq kimi dəyərləndirirlər

Sakinlər bildirir ki, 4 ay oncəyə qədər ev tikmək ucun icra numayəndəsi vət?ndaslardan 2500-3000 min manat arası rüşvət alırdı. Amma son iki ayda В«icazə qiymətiВ» birdən birə Vuqar Əsədov tərfindən iki dəfə qaldırılıb.

Zabrat sakinləri iddia eidrlər ki, Vuqar Əsədov ev tikmək ucun icazə haqqını ozbasına qaldırıb. Cunki icra numayəndəsi qəsəbənin yol qıragı ərazilərində ev tikintisi biznesi ilə məsguldur. Belə ki, Vuqar Əsədov qəsəbədə 2, 3, 4,5 sot torpaq sahələrinin icində evlər tikərək satdırır. İcra nümayəndəsinin bu biznesində şəriki isə qəsəbə bələdiyyə sədri Adil Hənəfiyevdir. Bələdiyyə sədri məhz Vuqar Əsədovun əli ilə bələdiyyənin ərazisi olmayan torpaq sahələrini belə satmaga basladığı bildirilir.

Daxil olan şikayətə əsasən Vüqar Əsədov qəsəbədə rayon icra başçısıs Adil Vəliyevin göz qulağıdır. Çünki icra başçısı qəsəbədə satılan torpaq sahələrinə və tikilən evlərə görə icra nümayəndəsi ilə bələdiyyə sədrindən öz faizini alır. Məhz Vüqar Əsədovla Adil Hənəfiyev rayon icra başçısı Adil Vəliyevin faiz məsələsindən istifadə edərək qəsəbədə vətəndaşklara istədikləri haqqı qoyurllar.

Qeyd edək ki, Zabrat qəsəbəsindən redaksiyamıza daxil olan digər məlumata görə Vüqar Əsədovla Adil Hənəfiyev ərazidə yerləşən zavodun balansında olan torpaq sahələrini satırlar. Bu məsələ ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə icra nümayəndəsi və bələdiyyə sədrinin həyata keçirdiyi torpaq biznesi ilə bağlı ilginc məlumatlarlı oxucularımıza təqdim edəcəyik. // pia.az \\

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq…

Geri qayıt