Əsas Səhifə > Güney Press / Ana xəbər > Diversantlarımız Naxçıvandan erməni kəndinə daxil olub
Diversantlarımız Naxçıvandan erməni kəndinə daxil olub13-08-2014, 14:38 |
![]() Azərbaycan diversantları Ermənistanın Vayoç Dzora vilayətindəki kəndlərdən birinə daxil olub. Axar.az xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yayımlanıb. Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Arçrun Ovanisyan isə mətbuatda yayılan məlumatların heç bir həqiqət əks etdirmədiyini bildirib: “Azərbaycan diversantlarının Vayoç Dzora əyalətindəki kəndlərdən birinə daxil olması haqqında məlumatlar həqiqəti əks etdirmir. Həmin vaxtda Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri təlimlər keçiriblər. Bəzi KİV-lər özlərinin dar maraqlarından irəli gələrək dövlət sirri təşkil edən informasiyanı yayımlamaqla hərbi situasiyada düşmənə köməklik göstərirlər”. Qeyd edək ki, Vayoç Dzora kəndi Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşir. Geri qayıt |