Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kreml istəsə də, istəməsə də, Azərbaycan Qarabağ uğrunda savaşa başlayacaq

Kreml istəsə də, istəməsə də, Azərbaycan Qarabağ uğrunda savaşa başlayacaq


12-08-2014, 15:43
Kreml istəsə də, istəməsə də, Azərbaycan Qarabağ uğrunda savaşa başlayacaq
DİA.AZ: - «Rusiya ilə Azərbaycan arasında gizli danışıqlar gedir. İlham Əliyev rəsmi Bakının mövqeyini sərt formada ifadə edib. Kreml Azərbaycanla hesablaşmaq zorundadır. Əks halda. Onsuz da Qarabağ probleminin həlli prosesindən kifayət qədər usanmış olan Azərbaycan Qərbə doğru meyllənə bilər ki, bu da indiyi şəraitdə Rusiya üçün ən böyük zərbədir» - Bu şok açıqlamanı DİA.AZ-a verən hökumətdəki mötəbər mənbə bildirir ki, Rusiya Qərbə doğru meyllənən Gürcüstan və Moldova ilə həqq hesab çürüdəcəyini bəyan etsə də, ortada heç nə yoxdur.

Mənbənin dia.az-a söylədikləri: «Rusiyanın problem yaratdığı dövlətlər - Gürcüstan və Moldova çıxış yolunu Qərbə sığınmaqda görürlər. Ukrayna da anoloji problemlə üz-üzədir. Azərbaycan da eyni qaydada Rusiyanın dəstəyilə Qarabağ torpaqlarını itirib. Amma bu gün Azərbaycan Rusiyanın hədəflədiyi ölkələrlə eyni sırada dayanmır. Rusiyanın yanında dayanırmış kimi görünür».

Təbii ki, Rusiyanın bu mövqeyə uyğun olaraq Azərbaycanla rəftarı gözləniləndir: «Amma Rusiya Azərbaycanın mövqeyini qiymətləndirmədi. Soçiyə prezidentlər sambo yarışını seyr etmək üçün yığışmamışdılar. Kreml İlham Əliyevin əsəbləri ilə oynayır. Ola bilsin ki, İlham Əliyev mərhum Heydər Əliyev qədərində siyasətdə dözümlü deyil. Amma İlham Əliyev yetərincə bu dövlətə bağlı olduğunu nümayiş etdirib və bu səbəbdən onun Qarabağ uğrunda hətta Rusiyanın müvafiq razılığı olmadan belə savaşa başlamaq əzmindədir».

Mənbə iddia edir ki, artıq rəsmi Bakı belə bir planın üzərində işləyir: «Savaş başlayacaq. Özü də Azərbaycan tərəfinin ilk açdığı atəşlə. Azərbaycan hakimiyyəti bütün üçün bütün parametrlərdə ciddi iş görməkdədir. Bu gün rəsmi Bakının Qərbə doğru ani meyllənməsi belə Qarabağda hərbi əməliyyatların başlanmasına Qərbin sükutu üçün yetərlidir. Əgər yaxın Şərqdəki qarışıqlıqlarda din faktoru rol oynayırsa, MDB məkanında bu məsələ priiritet hesab olunmur. Ən azından Ukrayna təcrübəsi var. Rusiya xristian ukraynalıları qırmaqdadır. Azərbaycana da kimsə müsəlman olduğu üçün xristian Ermənistana qarşı savaş elan etməsi səbəbində təzyiqlər etməyəcək. Bu regionda məsələlər geipolitik açıdan dəyərləndirilir».

Mənbəmiz dia.az-a açıqlamasında bildirir ki, sentyabr ayında bütün Azərbaycan üzərə ümumi səfərbərlik elan olunacaq: «Bu isə savaşın anonsu olacaq. Xatırlayın, prezident İlham Əliyev bu günlərdə özünün tvitter səhifəsində Qarabağda vuruşmaq istəyən könüllülərə hansı cavabı vermişdi… Bildirmişdi ki, «hələlik buna ehtiyac yoxdur»… Yəni hələlik… Amma sentyabr ayında ehtiyac yaranacaq. Artıq rəsmi Bakı Qarabağ uğrunda savaşa qəti qərar verib».

Geri qayıt