Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İsmət Abbasovla Aslan Aslanovu həbsə göndərəcək ilginc faktlar

İsmət Abbasovla Aslan Aslanovu həbsə göndərəcək ilginc faktlar


11-08-2014, 15:04
İsmət Abbasovla Aslan Aslanovu həbsə göndərəcək ilginc faktlar
DİA.AZ: - Redaksiyamıza Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyindəki müəssisələrin keçmiş rəhbərlərinin bir qrupunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Milli Məclisin sədrinə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, milli təhlükəsizlik nazirinə, hazırki kənd təsərrüfatı nazirliyinə ünvanlanmış müraciəti daxil olub.

Müraciətdə keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasova qarşı ağır ittihamlar yer alıb. Qeyd edək ki, müraciətdə olduqca ağır ittihamlar yer alıb. Bu səbəbdən onu bəzi ixtisar və redaktələrlə təqdim edirik.

DİA.AZ- a daxilolan müraciətin mətnində bildirilir ki, 2004-cü ildə nazir postuna təyin edilən İsmət Abbasov nazirliyin tabeçiliyindəki bütün müəssisə və obyektlərdə təftişə başlayıb: “Təftiş onunla yekunlaşdı ki, ölkədə mövcud olan 40-dan çox toxumçuluq, damazlıq və digər müəssisələrin rəhbərlərinin hərəsindən yeni naziri təbrik etmək adı ilə 10 min manat yığıldı. Elə həmin ildən etibarən hər il 40 müəssisənin hər birindən 10 min manat yığılır. Pulu ödəməkdən imtina edən müəssisə rəhbərləri dərhal işdən azad edilir, onların yerinə yeni təyin edilən şəxslərdən isə 20 min manat “şirinlik” alınır. Həmin pulların yığılmasına nazirliyin hüquqşünası, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənov nəzarət edirdi. Əvvəllər isə bu işlə kadrlar şöbəsinin rəisi Gülnisə Rəhimova və 1 saylı şərab zavodunun rəhbəri Sahib adlı şəxs məşğul olub”.

Şikayətçilərin yazdığına görə, Baytarlıq Xidmətinə daxil olan idarələrin, ərazi kənd təsərrüfatı idarələrinin rəhbərlərindən, bir sözlə, nazirliyin tabeçiliyindəki bütün müəssisələrdən pul toplanır. Subsidiyaların, lisenziyaların verilməsində, texnikaların və iribuynuzlu mal-qara alınmasında hər il milyonlarla manat mənimsənilirdi.

Müraciətdə qeyd edilir ki, 2004-cü ildən bəri İ.Abbasov nazirliyin tabeçiliyində olan müəssisələrin rəhbərlərini dəfələrlə dəyişib: “İsmət Abbasov kadrları kostyumunu dəyişdiyi kimi dəyişirdi. Nazir 9 sentyabr 2009-cu il tarixində keçirdiyi kollegiya iclasında 10 nəfər mütəxəssisi qanunsuz olaraq vəzifələrindən azad edib, 15 nəfərdən çox mütəxəssisə cəza verib. Belə hallar hər kollegiya iclasında baş verir. İndi onun oğlu Yunis Abbasov bu pullar hesabına Londonda firavan həyat sürür, elə danışır ki, guya “süddən çıxmış ağ qaşıqdır”. Yunis Abbasovdan çox-çox bacarıqlı oğlanlar isə Bakıda qul kimi işləyirlər. Bu əməllərinə görə, keçmiş nazir İsmət Abbasov, onun sabiq birinci müavini Aslan Aslanov barəsində lazımi tədbir görülməlidir...”

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt