Əsas Səhifə > Güney Press / Ana xəbər > Nəsimi rayonunda evləri plana düşənlər etiraz edirlər
Nəsimi rayonunda evləri plana düşənlər etiraz edirlər11-08-2014, 14:45 |
![]() İmran Qasımov 6-da ərazini alan sahibkarlar ev sahiblərilə razılaşa bilmir. ANS TV-nin məlumatına görə, Nəsmi rayonu İmran Qasımov 6 ünvanınıda yaşayan bir neçə ailə ərazini alan sahibkardan narazıdırlar. Belə ki, on il əvvəl ərazi Sədrəddin Namazov adlı sahibkar tərəfindən alınır. Ailələrin bəzilərinə pul verilib köçürülsə də digərləri ilə razılığa gəlinmir. Şikayətçi Məleykə Allahverdiyevin sözlərinə görə, onlar iki ailə yaşayırlar və iki evləri var. Amma buna baxmayaraq onlara bir evin pulu təklif olunur. Zəngilan rayonundan məcburi köçkün olan İradə Ağayeva isə şəxsi evinin taleynin necə olacağından xəbərsizdir. on il əvvəl köçürmə prosesinə başlananda onunu evi qəzalı vəziyyətə salınıb. Məsələ ilə bağlı Sədrəddin Namazovla da telefon ədaqəsi saxladıq. O bildirdi ki, ailələrin dediyinin hamısı ağ yalandır. “Əvvala Məleykə Allahverdiyevanın rəsmi sənədində olan sahəsinin pulunu tam ödəmişəm. O isə həyətdə olan ümumi sahənin də pulunu istəyir ki, mən də bunu ödəməyəcəm. İradə Ağayevaya gəlincə onunu heç bir qeydiyatı yoxdur. O həmin evdə kirayədə yaşayıb, yerin sahibinə isə pulu ödəmişəm və çıxıb. Mənim həmin ailənin qarşısında heç bir öhdəliyim yoxdur.”- deyə sahibkar qeyd etdi. Bir sözlə sahibkar öz təklifərini bildirdi. İndi bu sövdələşmənini baş tutub- tutmayacağına ailələr qərar verəcək. Geri qayıt |