Əsas Səhifə > Güney Press / Ana xəbər > Əhmədzadəninin daha bir işçisinin В«xırım-xırdaВ» korrupsiyası

Əhmədzadəninin daha bir işçisinin В«xırım-xırdaВ» korrupsiyası


11-08-2014, 13:01
Əhmədzadəninin daha bir işçisinin В«xırım-xırdaВ» korrupsiyası
В«Meliorasiya və Su TəsərrüfatıВ» ASC-nin idarələri dövlət büdcəsini talamaqda davam edir

В«Meliorasiya və Su TəsərrüfatıВ» ASC-nin əq çox korrupsyalaşmış dövlət qurumlarından biri olduğu və Əhməd Əhəmədzadəninin 22 ildir ki, rəhbərlik etdiyi bu qurumun dövlətin ayırdığı vəsaitləri talamaqla məşğul olması barədə dəfələrlə ictimaiyyətə məlumatlar vermişik. Dövlət büdcəsindən hər il В«Meliorasiya və Su TəsərrüfatıВ» ASC-yə yüz milyon manatlarla vəsaitin ayrılmasına baxmayaraq, bu qurumun gördüyü В«işlərВ» bir qayda olaraq tərtib etdikləri sənədlərdən ibarət olur. Real işlər isə adətən kosmetik xarakter daşıyır və şişirdilmiş qiymətlərlə hər il ASC-nin rayon idarələri yüz mimn manatlarla dövlət vəsaitini mənimsəyirlər. ASC-nin ümumi görüyü işlərə diqqət edildikdə isə, məlum olur ki, kanallar və drenajlar təmizlənmir, yeni avdanlıqlar alınmır, (ASC-nin bütün rayonlarda kənd təssərrüfatına xidmət göstərən avadanlıqlarının böyük əksəriyyəti sovet dönəmindən qalıb), və bu üzdəndə həm torpaqlar şorlaşır, həm də böyük su itkisinə yol verilir. Ortada isə mənimsənilən yüz milyonlardan söhbət gelir.

PİA.AZ В«Meliorasiya və Su TəsərrüfatıВ» ASC-nin Ağdaş rayon Suvarma Sisitemləri İdarəsində baş alıb gedən maliyyə maxinasiyaları ilə bağlı növbəti korrupsiya məlumatlarını təqdim edir.

PİA.AZ-a özəl mənbədən daxil olan məlumatda bildirilir kiAğdaş rayon Suvarma Sisitemləri İdarəsinin müdiri Rəsul Zamanov icra başçısı Tofiq İbrahimova və В«Meliorasiya və Su TəsərrüfatıВ» ASC sədri Əhməd Əhmədzadəyə arxalanaraq dövlət büdcəsini istədiyi kimi talan edir. Rəsul Zamanov son 6 ayda rayon Suvarama Sisitemləri İadrəsinin nəzdində olan kanalların təmzilənməsi, nasos stansiyalarının cari təmiri və hidroqurğuların təmir edilməsi adı altında dövlət büdcəsindən və idarənin daxili hesabından 700 min manatdan çox vəsait xərcləyib. Xərclənən vəsaitlə görülən işlər arasında msə yerlə göy arasında fərq var.

Daxil olan məlumatda bildirilir ki, Rəsul Zamanovun tərtib etdiyi vəsaitlərin xərclənməsi sənədlərində iyul ayına kimi 130 hidroqurğunun cari, 1 mexaniki dəstə binasının və 4 nasos stansiyasının əsaslı təmir edilməsi göstəririlib. Mənbə bildirir ki, sənədlərdə 130 hidroqurğunun cari təmirinə 300 min manata yaxın vəsait xərclənib . Reallıqda isə hidroqurğuların cəmisinə 50 min manatdan çox vəsait xərclənməyib. Bildirilir ki, Rəsul Zamanov 1 ədəd hidroqurğunun cari təmirinə səndələrdə 2300 manat vəsait xərcləyib.

Bundan başqa Abad kəndindəki Naz-təpə, Eymar kəndindəki Nap-36 və Ağzıbir kəndindəki Balay-yeri nasos stansiyalarının cari təmiri üçün ayrılan 150 min manatdan çox vəsaitin yarısından çoxunun məhz Rəsul Zamanovun sayəsində mənimsənildiyi qeyd olunur.

Mnəbə bildirir ki, idarə müdirinin əsas maxinasiyalarından biri müxtəlif podratçı təşkilatlara kanalların lildən təmizlənməsi üçün ayrılan vəsaitlərdir. İdarə müdiri hər il özünə yaxın podratçı təşkilatlarla 300 min manatlıq müqavilə bağlayır. Həmin müqaviləyə əsasən podratçı təşkilat Ağdaş rayon ərazisindək kanalların lildən təmizlənməsini həyata keçirirlər. Amma görülən işlər sərf olunan vəsaitin 20-25-ni belə əhatə etmir. Rəsul Zamanov müqavilə bağladığı podratçı təşkilatların əslində idarə müdirinə yaxın olan şəxslərə aid olduğu vurğulanır. Rəsul Zamanovun müqavilədə göstərilən vəsaitin podratçı təşkilatlarda nəqd olaraq aldığı iddi olunur. Vəsaitin yarısını sifarişçiyə verən podratçı təşkilatlar isə bir qayda olaraq vəsaitin 30 faizini mənimsəyirlər.

Bir çox kəndlərdə isə suvarılan torpaq sahələri qeydiyyata salınmır və topraq sahələri üçün alınan vəsaitlər birbaşa idarə müdirinin cibinə gedir.

Həmçinin PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Ağdaş Suvarma Sistemləri İdarəsinin balansında olan maşınların, texnikaların hesabına Rəsul Zamanov külli miqdarda gəlir əldə edir. Belə ki, idarənin balansında olan 6 ədəd В«HundayВ», 1 ədəd В«Brokes-212В», 2 ədəd В«ShantuiВ» ekskavatorları, 3-dən çox В«KamazВ» aftomaşınları və digər texnikalar bir qayda olaraq özəl işlərədə işləyirlər. Yəni Rəsul Zamanov ağır texnikanı ayrı-ayrı sahibkarların sahələrində işldərək hər ay külli miqdarda gəlir əldə edir. Həmin texnikaların yanacağını və ehtiyat hissələrini isə sahibkarlar öz hesablarına alırlar. Yəni idarə müdiri texnikalar üçün dövlətin ayırdığı yanacaq, sürtkü yağları və ehtiyat hissələrinin pullarını da mənimsəyir.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…

Geri qayıt