Əsas Səhifə > Güney Press / Ana xəbər > Səlim Müslümovun zülm etdiyi binəva Ağsu rayonu...
Səlim Müslümovun zülm etdiyi binəva Ağsu rayonu...8-08-2014, 14:32 |
![]() Ənvər Seyidəliyevin qohumları Ağsuda hamıya deyirlər ki, Ağsu rayonunun abalaşdırılması üçün vəsaitləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov öz cibindən verir İcra başçısı Ənvər Seyidəliyevin və Ağsu şəhərinin keçmiş bələdiyyə sədri, hazırda 12 saylı Ağsu rayon Yol İstismar İdarəsinin müdiri vəzifəsində çalışan Aqil Niftəliyevin Ağsu rayonunu tamamilə özəl mülklərinə çeviriliblər. Bu barədə Ağsudan PİA.AZ-a ünvanlanan şikayət məktubunda bildirilir ki, artıq Ağsu sakinləri özlərini Ənvər Seyidəliyevin və Aqil Niftəliyevin В«təhkimli kəndliləriВ» kimi hiss edirlər. Çünki rayonun bütün vəzifələri bu iki şəxsin qohumları arasında bölüşdürülüb və hər bir Ağsu sakini üzərində bu iki şəxsin zülm və istismarını hər gün hiss edir. Şikayətdə bildirilir ki, Ağsu sakinləri rayonda öz problemlərini və dərdlərini söyləməyə heç bir dövlət qurumu tapa bilmirlər. Rayonda bütün vəzifələri В«özəlləşdirənВ» Seyidəyliyev-Niftəliyev klanı heç kimin dərdini, problemini dinləmək istəmir. Bakıya olunan şikayətlər də yenidən rayon səlahiyyətilərinə gəldiyi üçün həmin şikayətlər sonucda yenidən zibil qutusuna atılır. Şikayət məktubunda qeyd olununr ki, Ənvər Seyidəliyevin qohumbazlığı və klan siyasəti yürütməsi hesabına Ağsu rayonu sosial problemlərə görə ölkədə bəlkə də birinci yerdədir. Bu gün Ağsuda Ənvər Seyidəliyevin və Aqil Niftəliyevin qohumu olmadan sakini öz həyat şəraitindən razılıq etmir və etməsi də imkansızdır. Sitat: В«Ağsuda baş alıb gedən qanunsuzluqlar və özbaşınalıqlar artıq bütün səddəlri aşıb. Rayonda insanların həyat şəraitini ancaq Afrikanın ən ucqar və geridə qalmış ölkələri müqayisə etmək olur. Bunun müqabilində Ənvər Seyidəliyevin və Alqil Niftəliyevin qohumlarının var dövləti hər gün artır. Ağsunun vəzifəli şəxsləri bir qayda olaraq gündüz topladıqları rüşvətləri axşam saatlarında Ağlsu aşırımında Ənvər Seyidəliyevə məxsus olan restoranda bir birilərindən qumarda udmaqla məşğul olurlar. Uduzanlar isə səhər tezdən işə gəlirkən rüşvətin miqdarnı daha da artırırlarВ». PİA.AZ-a ünvanlanan şikayət məktubunda həmçinin bildirilir ki, Ənvər Seyidəliyevin qohumları və onlara yaxın olan şəxslər açıq şəkildə bildirirlər ki, Ağsu şəhərində aparılan abalıq işləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovün şəxsi vəsaiti hesabına aparılır: В«Ənvər Seyidəliyevin qohumları rayonda özlərini rayonun tam sahibləri kimi aparırlar. Elə bil ki, bütün rayon bunların В«dədəlrinin malıdırВ». Rayon mərkəzində aparılan abalıq işlərinin xərclərini də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovün öz cibindən verdiyini iddia edirlər. Sual olunur, Səlim Müslümov bu qədər vəsaiti hardan alır ki, Ağsu kimi bir rayonun abalaşdırılmasını həyata keçirir? O zaman dövlətin Ağsu rayonuna ayırdığı pullar hara və yaxud kimin cibinə gedir? Biz bundan əvvəldə mətbuata ünvanladığımız məktubumuzda və ölkə prezidenti cənab İlham Əliyevə, həmçinin hüquq mühafizə orqanılarının rəhbərlərinə etdiymiz müraciətdə Ənvər Seyidəliyevin və Aqil Niftəliyevin vəzifədə olan qohumlarının siyahısını bildirmişdik. Bundan başqa Ənvər Seyidəliyevin və Aqil Niftəliyevin dəyəri 10 milyon manatlarla sərvətlərinin siyahısını göstərmişdik. Sual olunur, necə olur ki, bir bələdiyyə sədri bir neçə il müddətimndə bu qədər böyük sərvətə sahib ola bilir? Hüquq-mühafizə orqanları nəyə görə bu böyük korrupsiya faktlarını araşdırmır və nəyə görə Ənvər Seyidəlyievdən və Aqil Niftəliyevdən bu sərvətləri hansı yolla qazandıqlarının hesabı soruşulmur. Artıq bıçaq sümüyə dayanıb və biz hüquq mühafizə orqanlarından Ağsudakı qanunsuzluqlara, özbaşınalıqlara son verməyi xahiş edirik. Biz bir daha bildiririk ki, dövlətçiliymizə, prezidentimizə və Heydər Əliyev idallarına sadiqik. Amma Heydər Əliyev prnsipləri zülmün, istismarın və ədalətsizliyn qarışısının alınmasını tələb edir. Ona görə də biz Ağsu rayonunda dövlət hakimiyyətini klan hakimiyyəti ilə əvəzləyən səlahiyyətli şəxslərin nəhəyət ki, cəzalandırılacağına ümid edirikВ». Qeyd edək ki, Ağsudakı dözülməz vəziyyətlə bağlı bir müddət əvvəl bir qrup Ağsu sakini ölkə prezidentinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etmişdi. PİA.AZ-da dərc rolunan həmin müraciəti yenidən oxucularımızın diqqətinə cəlb edirik: ![]() ![]() ![]() ![]() Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq… Geri qayıt |