Əsas Səhifə > Güney Press / Ana xəbər > Evindən külli miqdarda pul aparılan deputat xəbəri gizlədir?
Evindən külli miqdarda pul aparılan deputat xəbəri gizlədir?8-08-2014, 11:55 |
![]() Azərbaycan parlamentində təmsil olunan deputatlardan birinin evinə oğrular girib. Bu barədə JAM.AZ-a məlumat verən mənbələrin bildirdiyinə görə, hadisə bir neşə gün bundan əvvəl baş verib. Mənbənin iddiasına görə, həmin deputatın evindən külli miqdarda pul və veyli qızıl-ziynət əşyaları aparılıb. Hadisə vaxtı millət vəkilinin ailəsi ilə birlikdə Bakı kənarında istirahətdə olubmuş. Onlara qonşularının məlumat verdiyi vurğulanır. Belə ki, qonşular deputatın evinin qapısının açıq olduğunu görüb, şübhələniblər və sahibinə xəbər çatdırıblar. Olaydan dərhal sonra paytaxta dönən sözügedən mandat sahibi polisə müraciət edib. İlkin qərar bu olub ki, məsələ ilə bağlı mətbuata heş bir məlumat sızmasın. Polis hazırda araşdırma aparır. JAM.AZ-a verilən məlumatda deputatın kimliyi qeyd edilsə də, bəzi dəqiqləşdirmə səbəbindən hələlik açıqlamırıq. Geri qayıt |