Əsas Səhifə > Güney Press / Ana xəbər > Misir Mərdanov Mikayıl Cabbarova cavab verdi
Misir Mərdanov Mikayıl Cabbarova cavab verdi7-08-2014, 15:34 |
![]() Sabiq təhsil naziri Misir Mərdanov fəaliyyəti dövründə 2 minə yaxın müəllimin saxta diplomlarla işə düzəldilməsi haqda hazırki təhsil naziri Mikayıl Cabbarovun iradlarına cavab verib. AzVision.az-a eksklüziv açıqlamasında Misir Mərdanov iradların əsassız olduğunu bildirib. “Mən o işlərin heç birinə qarışmıram. Mənim adımdan heç nə deməsinlər. Bu barədə danışmaq istəmirəm”-deyə qeyd edən sabiq nazir hazırda istirahətdə olduğunu bildirib: “Məzuniyyətə çıxmışam, hazırda istirahətdəyəm”. Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədə Azərbaycanda hazırda 2 mindən çox adamın saxta diplomla müəllim işlədiyini deyib. “Hazırda istintaq gedir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəm müəyyən edə biləcəklər. Lakin biz artıq dəqiq bilirik ki, belə adamlardan 2 mindən çoxu saxta diplomla orta təhsil sistemində işə düzəliblər, onlar əsasən respublikanın rayonlarında işləyirlər”. Geri qayıt |