Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçıları arasında “kim daha vətənpərvərdir” yarışı

İcra başçıları arasında “kim daha vətənpərvərdir” yarışı


7-08-2014, 10:12
İcra başçıları arasında “kim daha vətənpərvərdir” yarışı
Etibarlı mənbədən Moderator.az-a daxil olan məlumata görə, cəbhə xəttində baş verən son olaylardan sonra həm müdafiə naziri, həm də ali baş komandan tərəfindən verilən bəyanatlar, savaş çağırışları icra başçılarını hərəkətə gətirib. Mövcud durumdan Prezident Administrasiyasına yarınmaq, vətəndaşlar arasında hərbi vətənpərvərlik əhval ruhiyyəsinin yüksəldilməsi istiqamətində digərlərindən daha çox iş gördüyünü isbatlamaq üçün yararlanmağa çalışan bəzi icra başçıları öz məqsədlərinə çatmaq üçün maraqlı kampaniyaya start verib. Belə ki, rəhbərlik etdiyi rayon və ya şəhərdən daha çox şəxsin könüllü şəkildə orduya qoşulmaq üçün Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsinə çalışan icra başçıları, bu müraciətlərin statistikasını aparır, habelə, müxtəlif yollarla müraciət edənlərin sayını yüksəltməyə çalışırlar. Məqsəd Prezident Administrasiyasi önünə daha ciddi rəqəmlər çıxartmaq, insanları qısa müddətdə ali baş komandanın çağırışına hazırladıqlarını, bununla da prezidentin onlara göstərdiyi etimadı doğrultduqlarını isbatlamaqdır.

Geri qayıt