Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputat "Hafka"nın bankının batdığını dedi:
Deputat "Hafka"nın bankının batdığını dedi:5-08-2014, 17:10 |
![]() Bir müddət əvvəl rəhbərliyində dəyişikliklər aparılan “Bank of Azerbaijan”ın kimə satılacağı məsələsi yenidən gündəmə gəlib. Mətbuatda bu yöndə yer alan məqalələrdə daha çox bankın hazırkı İdarə Heyətinin sədri Məhəmmədəli Aslanovun atası, deputat Mahir Aslanovun adı hallandırılır. Məsələ ilə bağlı publika.az suallarını cavablandıran Mahir Aslanov bunları deyib: “Mən bank alanam? Dağılıb gedir ora. 700 milyon borcu var. Necə alım o bankı? O bankı almaq özünü həbsxanaya salmaq deməkdir. Oğlum orada İdarə Heyətinin sədridir. Başqa yerdə işləyirdi, apardılar ora. Hərə bir şey yazır. Məni tanıyan tanıyır. Yaxşı adamdan yazarlar da. Axmaq adamdan yazmayacaqlar kı?!” Onu da qeyd edək ki, “Bank of Azerbaijan” ötən ilədək "Garant Holdinq"in tərkibində fəaliyyət göstərib. 2013-cü il yanvarın 22-dək nəqliyyat nazirinin oğlu Anar Məmmədov bankın səhmlərinin 81 fazinin sahib olub. Bankın səhmlərini satışından sonra qurum iş adamı Hafiz Məmmədov və onun qohumlarının əlində cəmləşib. Belə ki, "Hafka" ləqəbli Hafiz Məmmədovun oğlu Kənan bankda 43 faiz, digər oğlu Sənan 43 faiz, qardaşı Mübariz 13 faiz paya sahib olub. 2014-cu il, mayın 22-də isə bank rəhbərliyi tərəfindən keçirilən toplantının nəticəsi olaraq Hafiz Məmmədov Müşahidə Şurasının sədrliyindən, qohumları isə Müşahidə Şurasının üzvlüyündən uzaqlaşdırılıb. Mehman Məmməd oğlu İsmayılov “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri, Cavid Yusif oğlu Cavadov və Araz İsmayıl oğlu Əliyev isə Müşahidə Şurasının üzvləri seçilib. Bankın İdarə Heyətinin yeni rəhbəri deputat Mahir Aslanovun oğlu Məhəmmədəli Aslanov təyin edilib. Onu da qeyd edək ki, mətbuatda bankın H.Məmmədovdan alındığı bildirilsə də səhmdarlar və səhmlərin bölgüsündə onların adları uzun müddət qalıb. Daha sonra isə bank rəsmi internet ünvanını bağlayıb. Görünür, cəmiyyət “Bank of Azerbaijan”ın veb səhfəsi bərpa edildikdən sonra yeni səhmdarlarla tanış olmaq imkanı qazanacaq. Geri qayıt |