Əsas Səhifə > Güney Press / Ana xəbər > Əli Nağıyevin adamı işdən çıxarıldı

Əli Nağıyevin adamı işdən çıxarıldı


5-08-2014, 12:41
Əli Nağıyevin adamı işdən çıxarıldı
Vətəninfo.az-ın electron ünvanına adını açıqlamayan mənbənin verdiyi məlumatda iddia olunur ki, Binəqədi raon İH-nin başçısı Xaləddin İsgəndərov köməkçisi, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin yaxın qohumu Rəşad Fərəcov tutduğu vəzifədən azad edib. Adını açıqlamayan mənbənin iddiasına görə, İHB-nın köməkçisinin işdən çıxmasında isə bir başa Binəqədi RİH-də şöbə müdiri,eyni zamanda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyuşov və komandası durur. Mənbənin məlumatına görə, Rəşad Fərəcovun yerinə isə Ramiz Göyüşov öz adamların gətimək üçün möhkəm işlər gedir. Çox güman ki, yaxın admaları olan Xəyalə Həsənova adlı qızı köməkci postuna gətirəcəklər və bununla da başcını daha da öz əhatələrinə salacaqlar. Mənbənin iddiasına görə,qeyd etdiyi şəxs o posta gətirilsə artıq Binəqədi rayonunu Nurçuların və Elşad Abdullayevin rayonu adlandırmaq lazımdır. Məlumata görə, hazırda Xaləddin İsgəndərovun köməkçisi Rəşad Fərəcovu yeri müvəqqəti olaraq boş qalmaqdadır. Redaksiyadan: Adını açıqlamayan mənbənin elektron ünvanımıza göndərdiyi məlumatda iddia edilənlərlə bağlı qarşı tərəfində mövqein dərc etməyə hazırıq.

Geri qayıt