Əsas Səhifə > Güney Press / Ana xəbər > Eldar Əzizovun müavinindən şəhid məclisinə hörmətsizlik

Eldar Əzizovun müavinindən şəhid məclisinə hörmətsizlik


4-08-2014, 13:15
Eldar Əzizovun müavinindən şəhid məclisinə hörmətsizlik
Sumqayıtdakı yüksək çinli məmurlar, deyəsən, özlərini ölkə prezidentinin gözlərindən uzaq bilir. Və məsələ o yerə çatıb ki, hətta ən həssas məclis hesab edilən, şəhidin yas məclisində, məmur rəftarına sığışmayan hərbə-zorbalıq həddi-hüdudu aşıb. Belə ki, dünən "Stansiya Sumqayıt" qəsəbəsində şəhid məclisində bir ruhani çıxış edərək, ictimaiyyətdə , marşurutlarda, telekanllarda şəhidlərlə bağlı məlumatların olmamasından nigarançılığını bildirib. Elə bu zaman Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev ayağa qalxaraq, "a bala, a bala, mövzudan kənara çıxma. Çıxanda söhbət edərik, nə lazımsa mən sənə çatdıraram. Səni göndərərəm cəbhəyə dolğun məlumat alarsan...", - deyib.

Bu barədə FaktXəbər-ə məlumat verən birlik.az saytının baş redaktoru Vüsal Hətəmovun bildirdiyinə görə, Sumqayıt şəhərində öz yumşaq əxlaqı ilə tanınan ilahiyyatçı Bəhruz Əlizadə, "baş üstə" deyib və sözünə dua ilə xitam verib. Amma iş bununla bitməyib. Belə ki, Akif Quliyev düşüb ruhaninin üstünə ki, "mən onu dama basdıracağam."

Məsələyə şəhidin atası qarışıb və bildirib ki, heç bir narahatçılıq ola bilməz və heç kim onun qonağımı həbs etdirə bilməz.

Qeyd edək ki, təhdid edilən ilahiyyatçı Bəhruz Əlizadə ANS telekanalında, aparıcısı Elgiz olan "Adam içində" verilişinin ilahiyyatçı ekspertidir.

Geri qayıt