Əsas Səhifə > Güney Press / Ana xəbər > Dalana dirənən Serj Sarkisyan hakimiyyətinin təxribat oyunu
Dalana dirənən Serj Sarkisyan hakimiyyətinin təxribat oyunu2-08-2014, 11:58 |
![]() Son günlər erməni kəşfiyyat-təxribat qruplarının Azərbaycan Qoşunlarının mövqelərinə basqın cəhdlərinin baş verməsi, eyni zamanda atəşkəs rejminin pozulma hallarının xeyli artması Ermənistan hakimiyyətinin son dərəcə ciddi dalana dirəndiyni göstərir. Ölkədə heç bir sosial-iqtisadi irəliləyiş əldə edə bilməyən Serj Sarkisyan hakimiyyəti cəbhə xəttində bu cür təxribatlar törətməklə cəmiyyətinin diqqətini cəbhə xəttinə və Dağlıq Qarabağ məsələsinə yönəltməyə çalışır. Ermənistanın daxilində iqtisadi və sosial vəziyyət elə bir hala gəlib ki, artıq Ermənistandan qaçmaq ermənilərin ən böyük arzusuna çevrilib. Artıq Ermənistan cəmiyyəti başa düşür ki, Dağlıq Qarabağ problemlinin mövcud olduğu hər an Ermənistanı uçurma aparır, onsuzda ağır olan sosial durumunu daha da çətinləşdirir. Ermənistan cəmiyyəti görür ki, Azərbaycan torpaqlarını işğal altında saxladıqca, regionda reallaşan iri layihələrdən, iqtisadi inkişaf proseslərindən təcrid olunmuş qalırlar. Ermənistanın belə bir ağır durumda olduğu bir vaxta isə Azərbaycanın həm regionda liderə, həm də dünyada söz sahibinə çevrilməsi Ermənistan cəmiyyətini ciddi narahat edən digər bir mühüm amildir. Azərbaycan Ordusunun müasir silahlarının nümayiş etdirldiyi son hərbi təlimlər və Azərbaycanın son texnologiyalara əsaslanan yeni silahlar alması barədə yayılan məlumatlar da Ermənistan cəmiyyətində bir qorxu yaradıb. Digər tərəfdən, dünyada gedən proseslər Ermənistana heç də yaxşı gələcək vəd etmir. Bir tərəfdən Ermənistanın Gömrük İttifaqına qoşulmağa çalışması, digər tərəfdən isə Avropa İttifaqına üz tutması, lakin hər iki qapının Ermənistanın üzünə bağlanması Ermənistanın bir dövlət kimi artıq lazımsız olduğunu göstərdi. Təbii ki, belə bir düyünlü vəziyyətdə Qarabağ kartı ilə hakimiyyətə gələn Serj Sarkisyan iqtidarının yeganə çıxış yolu cəbhə xəttində vəziyyəti gərginləşdirməklə cəmiyyətin diqqətin bu məsələlərdən yayındırmaq, dünya ictimaiyyətinin isə diqqətini özünə çəkmək istəyir. Cəbhə xəttində təxribatlar törətməklə Ermənistan rəhbərliyi özünü göstərməyə çalışır ki, guya biz də varıq, guya bizim silahımız var, bizdə nəyəsə qadirik. Ancaq hesab edirəm ki, bütün bunlar Serj Sarkisyan hakimiyyətini yaranmış vəziyyətdən xilas edə bilməyəcək. Məhv olmuş iqtisadiyyatı, cəmiyyətdə itirilmiş inamı, beynəlxalq aləmdə itirilmiş etibarı atəşkəs rejimini pozmaqla bərpa etmək mümkün deyil. Ermənistan əhalisinə boğaza dirənmiş ağır sosial durumdan qurtulmaq lazımdır, bunun isə yolu yalnız işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasından keçir. Elçin Mehdiyev, Trend İnformasiya Agentliyinin icmalçısı Geri qayıt |