Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovun harınlamış qoçuları qəza törətdi

Ziya Məmmədovun harınlamış qoçuları qəza törətdi


1-08-2014, 17:50
Ziya Məmmədovun harınlamış qoçuları qəza törətdi
Yol hərəkəti qaydalarına əməl etməyən Nəqliyyat Nazirlyinin əməkdaşları Bakının mərkəzində qəza törədib. Qəzanın şahidi xəbər verir ki, qəza bu gün saat 12:15 radələrində Bakının Zorge və Xaqani küçələrinin kəsişməsində baş verib. Qəzaya Nəqliyyat Nazirliyinə məxsusu 10 PK 668 dövlət nömrə nişanlı maşının sürücüsünün özbaşınalığı səbəb olub.

Belə ki, heç nəyə məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozan nəqliyyat işçiləri 90 EA 572 dövlət nömrə nişanlı “Hundai” markalı avtomobili vurub. Qəzada xəsarət alan olmayıb. Nəqliyyat işçiləri məsələni yerindəcə həll etməyə və sürücünü razı salmağa çalışıblar. Lakin “Hundai”in sürücüsü hadisə baş verən əraziyə sığorta şirkətinin əməkdaşlarını çağırıb. Məsələ qanuni şəkildə həll olunub. Nəqliyyat Nazirliyinin maşını evakuatorla ərazidən aparılıb.Virtualaz.org


Ziya Məmmədovun harınlamış qoçuları qəza törətdi
Ziya Məmmədovun harınlamış qoçuları qəza törətdi
Ziya Məmmədovun harınlamış qoçuları qəza törətdi
Geri qayıt