Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycan dərhal hərbi əməliyyatları bərpa etməlidir
Azərbaycan dərhal hərbi əməliyyatları bərpa etməlidir1-08-2014, 15:14 |
|
"Cəbhə xəttində vəziyyətin gərginləşməsi, əsgərlərimizin həlak olması ilə bağlı xəbərlər artıq ciddi nəticələrin çıxarılmasını, qətiyyətli addımların atılmasını zəruri edir. 11 nəfərin həlak olması isə artıq əsl müharibədən xəbər verir." DİA.AZ-ın verdiyi məlumata görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) yaydığı məlumatda səsləndirilib. Bəyanatda bildirilir ki, düşmən torpaqlarımızdan geri çəkilmək istəmir, mütəmadi olaraq atəşkəsi pozur, hətta Azərbaycana qarşı hücum və diversiya-kəşfiyyat xarakterli hərəkətlərdən də çəkinmir: "Dünya birliyi, beynəlxalq təşkilatlar da bu gün işğalçı dövlətlərə qarşı daha obyektiv mövqe tutmağa çalışır, Ukraynaya qarşı Rusiyanın işğalçılığını, Fələstinə qarşı İsrailin işğalçı hərəkətlərini pisləyir. Belə şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə, işğalçı dövlətə qarşı hərbi əməliyyatlara tam haqla başlaya və ciddi nəticələrə nail ola bilər. Indi beynəlxalq hüquq və beynəlxalq şərait Azərbaycanın tərəfindədir. İşğalçı Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması, ölkəmizin içərilərinə doğru irəliləmək cəhdləri, əsgərlərimizi qətlə yetirməsi, dinc sakinləri girov götürməsi, girovları öldürməsi və meyitləri geri qaytarmaq istəməməsi bizə tam əsas verir ki, torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlara başlayaq." Bəyanat müəllifləri, Azərbaycan hakimiyyətindən müharibənin başlanılmasını tələb ediklərini bəyan ediblər: "İndi ən əlverişli məqam yaranıb və bundan istifadə olunmalıdır. Bu məqamdan yararlanmamaq isə xəyanətə bərabərdir. Hakimiyyət ya müharibəni başlamalı, ya da istefa verib kənara çəkilməlidir. Başqa yolumuz yoxdur! Ya Qarabağ, ya ölüm!" Geri qayıt |