Əsas Səhifə > Güney Press / Ana xəbər > İri layihələrin icraçısı “Butastone” ətrafında oyunlar qızışır

İri layihələrin icraçısı “Butastone” ətrafında oyunlar qızışır


30-07-2014, 11:47
İri layihələrin icraçısı “Butastone”  ətrafında oyunlar qızışır
Xeyli vaxtdır “Butastone” şirkətində baş verən qanunsuzluqlardan, fəhlələrin və ustaların əmək haqlarının verilməməsindən, əmək müqavilələrinin bağlanmamasından və digər neqativ hallardan bəhs edən yazılar dərc edirik. Onu da bildirək ki, yazılar şirkətin işçilərinin konkret şikayəti əsasında hazırlanıb. Ancaq bütün bu yazılanları şirkətin hazırkı direktoru Namiq Əsədov guya böhtan hesab edir və əsasən şirkətin keçmiş direktoru Nadir İbrahimovu günahlandırır və onu işdən azad etdiyini bildirir. Qarşı tərəfin də cavabı özünü çox gözlətmədi. Bu gün şirkətin keçmiş direktoru Nadir İbrahimov qarşı tərəfin ittihamlarına cavab olaraq Qafqaz Xəbər Agentliyinə məktub ünvanlayıb. KİV haqqında Qanunun müddəalarına əsasən keçmiş direktorun mövqeyini olduğu kimi dərc edirik.
Hörmətli redaksiya !
Sizin web saytınızda dərc olunmuş məqələni oxuduqdan sonra bəzi məqəmlara aydınlıq gətirmək istədim.
Sizə bildirmək istəyirəm ki , Namik Əsadovun sizə verdiyi məlumatlar gercəklikdən və səmimilikdən kənardır. Onun dediyi kimi , Buta Stone MMC -nin 50 % aksiyaları mənə və digər 50 %-i ona məxsusdur .(əlavədə Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin Dövlət Reyesterindən Çıxarışını sizə göndərirəm).
Belə olduğu halda şirkət direktorunun təyin və ya azad olunması təsisçilərin birgə qərarı əsasında həyata keçirilir. Bu adi məntiqi hətta qəbul imtahanından kəsilən abituriyent də dərk edir .

Mən ,şirkət qurulanda Butastone MMC-nin direktoru kimi fəaliyyət göstərmişəm , lakin sonradan Namiqin işə diqqətsiz və məsuliyyətsiz yanaşmasının şahidi olduqdan sonra direktorluq funksiyasını yerinə yetirməkdən imtina etdim . Hər iki təsisçinin qərarları əsasında mən direktorluqdan azad oldum və Namiq şirkətin direktoru təyin olundu . Beləliklə o məni direktorluqdan azad etməyib, əksinə mən onun direktor olmasına razılıq vermişəm , onu direktor təyin etmişəm . Namiqin "professional" direktorluq "fəaliyyəti" nəticəsində şirkət çox pis duruma düşüb və briqadir- ustaların şikayətçi olması bunun bariz nümunəsidir . 28 may tarixində Namiqlə danışığımız zamanı şirkəti ləğv etmək qərarına gəlmişik və o bundan sonra ustaların pulunu verməməyi özünə qənimət bilib . Ustalara : "sizi tanımıram deməsi " isə bir daha onun ustalarla və aparılan işlərlə təmasda olmamasının göstəricisidir. Bundan başqa Namiq bizim şərikliyimizin əsasını qoyan biznes plan üzrə investor-şərik vədlərini yerinə yetirməyib , boş vədlərlə zaman udub və görülən layihələrdə mənim əməyimin bəhrəsindən faydalanıb.

Yuxarıda qeyd olunanlara əsasən ümumiyyətlə Namiqin sizin sayta verdiyi müsahibənin yalanlar üzərində qurulduğunu və ondan irəli gələn bütün məqam və hadisələrin qeyri-real olduğunu hesab edirəm.
Mənim haqlı olduğumu və ümumiyyətlə hər şeyin necə baş verdiyini təsdiqləyən sənədlər mövcuddur və yalnız bunlar gerçəyi üzə çıxarmağa imkan verir .Yalan və böhtanlarla jurnalistləri əsas mövzudan yayındırmaq isə qeyri-ciddi adamlara xas keyfiyyətdir.
Hörmətlə ,
Nadir İbrahimov .

Geri qayıt