Əsas Səhifə > Güney Press / Ana xəbər > Ölümlə mübarizə aparan Azərbaycan əsgərinə kömək edin!!!
Ölümlə mübarizə aparan Azərbaycan əsgərinə kömək edin!!!26-07-2014, 15:15 |
|
Əziz həmvətənlər, dəyərli xalqımız, Mingəçevirdə yaşayan və ömrünə saylı günlər qalan, evin tək oğlu olan, bir vaxtlar cəbhə bölgəsində nümunəvi xidmət keçən, hazırda isə qaraciyər serrozundan əziyyət çəkən, imkansız bir ailənin övladı - 26 yaşlı Quliyev Pərviz Eyvaz oğluna cərrahi əməliyyat olunmaq üçün maddi dəstək lazımdır. Pərvizin yaxınlarının FaktXəbər-ə verdiyi məlumata görə, onun tam şəkildə sağlamlığına qovuşması üçün 50-55 min manat pul tələb olunur. Həkimlərin son rəyinə görə, onun həyatı olduqca təhülkəli bir həddə gəlib çatıb. Əgər 1 ay müddətinə bu əməliyyat aparılmasa, o ömrünün son günlərini yaşayacaq. Bu bahalı əməliyyatı maliyyələşdirimək isə Pərvizin valideynlərinin imkanları xaricindədir. Çünki ata kənd yerində fəhləlik etməklə ailəsini güc-bəla ilə dolandırır. Maddi durumu olduqca ağırdır. Onu tanıyanlar bilir ki, cəbhə bölgəsində hərbi xidmət keçən və hər zaman xüsusi təşəkkürlər alan bu gənc xalqına, millətinə və dövlətinə həmişə sədaqətli olub. Odur ki, hər bir azərbaycanlıdan dönə-dönə xahiş olunur ki, bu müqəddəs Ramazan bayramı ərəfəsində günlərini ağlamaqla keçirən ana və atanın göz yaşlarını, onların mənəvi sarsıntısını nəzərə alıb, evin tək övladı olan Quliyev Pərvizin əməliyyat olunmasına köməklik göstərəsiniz. Bu əlacsız bir atanın, çarəsizi bir ananın yalvarış səsidir... Onlar xalqımızın xeyirxahlığına inanırlar. Əziz həmvətənlər, gəlin, bu gəncə hər birimiz öz imkanımız daxilində dəstək olaq. Valideynləri gözüyaşlı qoymayaq! Bir sözlə, gəlin, Allah rizası üçün və insanlıq naminə Pərvizə köməyimizi əsirgəməyək! Hesab nömrəsi-- AZ58UBAZ 241572 526 641 010 AZ 001 KOD: 50 30 46 Quliyev Pərviz Eyvaz oğlu Əlaqə nömrəsi: 055-218-23-88—070-730-10-07 Geri qayıt |