Əsas Səhifə > Güney Press / Ana xəbər > Avropanın qapıları Kadırov və "KQB" rəisinin üzünə bağlandı

Avropanın qapıları Kadırov və "KQB" rəisinin üzünə bağlandı


26-07-2014, 11:10
Avropanın qapıları Kadırov və "KQB" rəisinin üzünə bağlandı
Avropa Birliyi növbəti dəfə Rusiya Federasiyasının məmurlarına sanksiya tətbiq edib.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, siyahıya bu dəfə daha yüksək çinli məmurlar düşüb. Qurumun açıqladığı siyahıda Rusiya təhlükəsizlik nazirliyinin rəhbəri Aleksandır Brotnikov, Çeçenistan rəhbəri Ramazan Kadırov, Baris Qrızlov, Rəşid Nurqəliyev kimi məmurlara rast gəlmək olar.

Avropa Birliyi həmçinin Ukraynanın şərqində özlərini respublika elan etmiş qurumların bütün rəhbərlərinə və müəsisələrin sanksiya tətbiq edib.

Sanksiyalar ümumi olaraq 87 fiziki şəxsə və 20 müəsisəyə tətbiq edib. Siyahıda adı olan bütün müəsisələrin Avropadakı bank hesabları dondurularaq onlarla bütün əlaqəlar dayandırılıb.

Fiziki şəxslərə isə, bu ilin noyabr ayına qədər Avropaya getmək qadağan olunub və onların bütün bank hesabları dondurulub.

Geri qayıt