Əsas Səhifə > Güney Press / Ana xəbər > Allah Tovuzu hər cür yanğın hadisəsindən qorusun...
Allah Tovuzu hər cür yanğın hadisəsindən qorusun...26-07-2014, 10:57 |
![]() Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) bölgə müxbiri Qürbət Yusubovun verdiyi məlumata görə son günlər bölgənin bir neçə kəndində yanğın hadisələri baş verib.Yanğınsöndürənlər gələnədək Tovuz rayonunun Qovlar qəsəbəsində böyük bir ev yanaraq külə dönüb. Yanğın zamanı evdə iki uşaq və bir qadın olub. Onların aqibəti ilə bağlı hələki dəqiq məlumatımız yoxdur. İkinci yanğın hadisəsi isə dünən Tovuz rayonunun İbrahimhacılı kəndində baş verib. Bölgə müxbirimizin dediklərinə görə yanğın zamanı hadisə yerinə yüzlərlə kənd sakini toplaşıbmış. Tovuz rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları hadisə yerinə gələndə məlum olub ki, yanğınsöndürən maşında su yoxdur. Ona görə də evi yanan şəxs məcbur olub Qovlar qəsəbəsindəki sudoldurma maşınlarından pulla su alıb ki, evini söndürsün. Bu isə ora toplaşan kənd camaatının qəzəbinə səbəb olub.YMH-nin əməkdaşları isə bildirib ki,5 yanğınsöndürən maşınımız var, ancaq 1-i işləyir, onun da hündür nərdivanı və suyu yoxdur. Geri qayıt |