Əsas Səhifə > Güney Press / Ana xəbər > В«Zolotaya koronaВ» Azərbaycanda nədən sönür?

В«Zolotaya koronaВ» Azərbaycanda nədən sönür?


26-07-2014, 10:27
В«Zolotaya koronaВ» Azərbaycanda nədən sönür?
В«Zolotaya koronaВ» servisi ilk dəfə Azərbaycan banklarının müştərilərinin köçürmələrini stimullaşdırmağa başlayıb.

Operator bildirir ki, 349 manata qədər pul köçürən qələm, 350-999 manat köçürən fənər, 1000 manata qədər köçürən futbolka hədiyyə alacaq. Aksiya 18 bankda keçrilir. Hədiyyələrin sayı məhduddur (8100 qələm, 2415 fənər, 1795 futbolka).

Azərbaycanın iri bankları (ABB, Рђccess Bank, Рђta Bank, Bank of Azerbaijan, Bank of Baku, AGBank, Bank Respublika, Bank Technique, Bank Standart, Dəmir Bank, Kapital Bank, Mugan Bank, Unibank və Xalq Bank) bu ilin əvvəlindən əməliyyatların az rentabelli olması ilə bağlı В«Zolotaya koronaВ» ilə əməkdaşlığı dayandırıb.

Əvvəllər Turan müəyyən edib ki, Azərbaycanın bankları əməkdaşlığı dayandırandan əvvəl В«Zolotaya koronaВ» rəhbərliyi ilə səmərəsiz danışıqlar aparıb. Onlar bankların komissiyasının artırılmasını istəyib. Bu məsələdə siyasi amillər də təsir edə bilər. Aksiya sistemin Azərbaycandakı mövqeyinə ciddi zərbə vurub, görünür, davamı da olacaq.

В«Zolotaya koronaВ» 2003-cü ildən fəaliyyət göstərir. Əməliyyat bir neçə dəqiqə çəkir və 1-1,5%-dir.
Sistemin Azərbaycandakı agentləri 18 bankdır: AFB Bank, Bank Р’TB, Azərbaycan Kredit Bankı, Zaminbank, Gəncə Bank, NBCBank, Bank Nikoil, Parabank, Turanbank, Yunited Kredit Bankı, Deka Bank, Əmrahbank, Azər-Türk Bank, Qafqaz İnkişaf Bankı, Expressbank, Bank VTB (Azərbaycan) Pakistan Milli Bankının Bakı filialı.

Geri qayıt