Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənilərin Qarabağda istehsal etdiyi məhsullar Rusiya bazarlarında
Ermənilərin Qarabağda istehsal etdiyi məhsullar Rusiya bazarlarında24-07-2014, 14:58 |
|
Son günlər Rusiya bazarlarına Azərbaycanın işğal olunmuş ərazisi olan Qarabağda istehsal olunmuş məhsullar çıxarılmaqdadı. Avropa.info nun verdiyi xəbərə görə, Moskvanın bir sıra marketlərində Qarabağda istehsal olunmuş mürəbbə və konserva vasitələri satılmaqdadı. Aəzrbaycan ərazisi olan Qarabağda istehsal olunan məhsulların “Arçax Frut” firmasının istehsal etdiyi bildirilir. Məhsullar de-yure Azərbaycan ərazisində istehsal olunsa da, üzərindəki etiketlərdə “Qarabağ respublikası” kimi təqdim olunub. Məhsulların keyfiyyətinə gəldikdə isə, bunlardan istifadə edən bir sıra Rusiya sakinləri bu məhsulların bazarda olan digər məhsullardan keyfiyyət baxımından geri qaldlğını bildiriblər. Avropa.info-nun Rusiya və Ermənistan mətbuatında apardığı araşdırmadan sonra “Arçax frut” şirkətinin tarixi Azərbaycan torpağı olan Xankəndində fəaliyyət göstərdiyi məlum oldu. ![]() ![]() ![]() ![]()
Geri qayıt |