Əsas Səhifə > Güney Press / Ana xəbər > Ramazan ayında dindar məhbusların əfv olunması istənildi

Ramazan ayında dindar məhbusların əfv olunması istənildi


24-07-2014, 12:48
Ramazan ayında dindar məhbusların əfv olunması istənildi
Azərbaycanın təhsil sistemində 2011-ci ildən başlayan hicab qadağasından sonra edilən etirazlar zamanı saxlanılan dindarlar müxtəlif müddətlərə azadlıqdan məhrum olunublar. Bu gün onlardan bəziləri cəza müddəti başa çatıb azadlığa çıxsalar da, hələ həbsxanalarda 70-dən çox dindar var.

DİA.AZ-ın faktxeber.com saytına istinadla verdiyi məlumata görə, müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq bir qrup mömin ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə Ramazan ayının fəzilətlərindən bəhs edilərək bildirilir ki, bu müqəddəs günləri oruc tutanlar böyük sevinc hissi ilə yaşayırlar və hər bir ailə Fitr bayramını gözləyir. Məhz qarşıdan gələn Fitr bayramı münasibətilə prezidentə ünvanlanmış müraciətdə dindarların ailələrinə daha bir sevinc bəxş edilməsi istənilir: “Biz əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədə yaşayırıq. Bu ölkədə daim insanlar dini ayrı-seçkilik etmədən, qardaş kimi yaşayıblar və indi də yaşamaqdadırlar. İslam dininin əhkamlarını öz həyatlarında tətbiq edənlərə bir neçə il əvvəl naməlum qüvvələr tərəfindən yaradılmış süni maneələr artıq arxada qalıb. Hörmətli prezident, sizdən istəyimiz odur ki, tolerantlıq mühitinin hökm sürdüyü ölkəmizdə həbsxanadakı dindarlarımız Fitr bayramını öz ailələrinin başında keçirsinlər. Ümidvarıq ki, bu müqəddəs ayda dindar ailələrinin gözü qapıda qalmayacaq.”


Geri qayıt