Əsas Səhifə > Güney Press / Ana xəbər > Göyçayın icra başçısından prezidentə şikayət olundu
Göyçayın icra başçısından prezidentə şikayət olundu23-07-2014, 15:41 |
![]() Göyçay rayonu M.Ə.Rəsulzadə küçəsi döngə 2, ev 6-da yaşayan Hüseynov qardaşları evlə təmin olunmaları üçün ölkə başçısına müraciət edib. “Qafqazinfo” ya daxil olan müraciətdə uşaqların azyaşlı olduğu bildirilir: “Bundan əvvəl anamız mətbuat vasitəsi ilə prezidentə müraciət etmişdi. Babamızdan qalma 4-otaqlı evin 3-də əmilərimiz ailəsi ilə yaşayır. 1-otaqda isə biz 6-nəfərlik ailə ilə çox ağır - dözülməz şəraitdə yaşayırıq. 2006-cı ildən valideyinlərimiz mənzil növbəsinə dayansalar da, Göyçay rayon İcra Hakimiyyəti başcısı Mənsur Məmmədov heç bir tədbir görmür. Valideyinlərimiz kasıbdırlar. Atamız 150 manat maaş alır ki , bununla ailə dolandırmaq qeyri-mümkündür. Ancaq çörəyə güclə çatır. Anamız isə 2-ci qrup əlil olmaqla ürək, zob , şəkər xəstəliyindən əziyyət çəkir. Bəlkə də bizim kimi dözülməz, ağır şəraitdə yaşayan dünyada 2-ci bir ailə yoxdur. Gəlib gözləri ilə görən dəhşətə gəlir. Biz gələcəyin əsgərləriyik. İstəyirik ki, evimiz olsun, rahat yaşayaq, dərslərimizi normal şəraitdə öyrənək, gələcəyin sağlam əsgərləri, savadlı mütəxəsisi olaq ölkəmizə xeyrimiz dəysin. Valideyinlərimiz problemizin həlli ilə əlaqədar prezident İlham Əliyevə və Mehriban Əliyevaya ərizələrlə müraciətlər ediblər.İcra Hakimiyyətindən təklif ediblər ki , rayonun mərkəz hissəsindən 8 kilometr aralıda yerləşən kəndin ərazisindən ev tikintisi altında sahə ayrılsın. Ucqar kəndin ucqar yerində bizə ayrılacaq istədikləri torpağın üzərində ev tikdirməyə heç bir imkanımız yoxdur . İcra Başçısı Mənsur Məmmədova istəsə bizim ailəni kommunal mənzillə təmin edər”. Geri qayıt |