Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Qobustanı kim idarə edir: Adil Məmmədov,yoxsa Cavadxan?
Qobustanı kim idarə edir: Adil Məmmədov,yoxsa Cavadxan?23-07-2014, 11:20 |
![]() Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) olaraq xeyli vaxtdır ki, Qobustan rayonunda baş verən problemlərlə bağlı yazılar dərc edirik. Qobustan sakinlərinin içməli su problemini, Hilli kəndində münbit torpaqların “KAMAZ” markalı yük maşınları ilə məmurların bağlarına daşınmasını işıqlandırmaqda yeganə məqsədimiz imkanımız daxilində problemlərin həllinə yardımçı olmaqdır. Əlbəttə, bizim işimiz problemi ictimailəşdirmək və diqqət mərkəzinə çəkməkdir. Qalan məsələlər yenə məmurların üzərinə düşür. Təsəvvür edin ki, şəhər statusu almış, rayon mərkəzi olan Qobustanda bir dənə də olsun ictimai tualet yoxdur. Bunu həll etmək üçün məgər illər lazımdır? Bəlkə, bu böyük vəsait tələb edir? Bu gün isə redaksiyamıza daxil olan məlumata görə Qobustanda su, qaz, torpaq, tualet problemi ilə yanaşı... başqa bir problem də var. Bəli, Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun sürücüsü Cavadxan Əliyev özünü rayonun əsl sahibi kimi aparır. İdarə rəislərinə, müəssisə rəhbərlərinə göstəriş verən Cavadxan Əliyevin icra başçısı üçün bu qədər hörmət sahibi olmasının səbəbini Qobustan camaatı hələ də bilmir. Hətta Cavadxan Əliyevin oğlu Anar Əliyevi icra başçısı özünə köməkçi də təyin edib. Camaatın dediyinə görə Adil Məmmədov öz sürücüsünü Biləsuvardan gətirib. Və Biləsuvardan gələn sürücü az vaxtda Qobustanda xeyli mal-mülk sahibi olub. Mal-mülkü haradasa başa düşmək olar, ancaq sürücünün özünü “kəndxuda” kimi aparması başa düşülən deyil... Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |