Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənilər azərbaycanlı jurnalistlərə hücum etdi
Ermənilər azərbaycanlı jurnalistlərə hücum etdi23-07-2014, 11:13 |
|
Azərbaycanlı jurnalistlər Kabuletidə ermənilərlə “Sarı gəlin” mahnısı üstündə dava edib. Bakı Metropoliteninin təşkilatçılığı ilə 25-ə yaxın jurnalist Gürcüstanın Kabuleti şəhərində səfərdədir. Səfərin ilk günündə restoranda əylənmək istəyən jurnalistlər burada erməni mahnılarının səsləndirildiyini görərək, Azərbaycan mahnısı “Sarı gəlin”i sifariş ediblər. Bu isə restoranda olan ermənilərə xoş gəlməyib. Düşən mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Tərəflər bir-birinə xəsarət yetirib. Məlumata görə, onların olduğu oteli səhərə qədər polis mühafizə edib. Hazırda sakitlik bərpa olunub, jurnalistlər üçün heç bir təhlükə yoxdur /publika.az/ Geri qayıt |