Əsas Səhifə > Güney Press / Ana xəbər > Nəcməddin Sadıkov müdafiə nazirliyində hakimi-mütləqdir...
Nəcməddin Sadıkov müdafiə nazirliyində hakimi-mütləqdir...22-07-2014, 13:59 |
![]() Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Nəcməddin Sadıkov bu güc strukturundakı təsir dairəsini daha da genişləndirmək üçün yeni üsula əl atıb. Belə ki, general bir sıra hərbi hissə komandirlərinə öz təzyiqlərini artırmaq üçün ayrı-ayrı hərbi birləşmələrin qərargahlarının fəaliyyətlərini yoxlamağı tapşırıb. Bununla bağlı əldə etdiyimiz məluimatlarda bildirilir ki, nazirliyin əsas strukturlarını ələ keçirən baş qərargah rəisi ayrı-ayrı hərbi hissə komandirlərinə də təsir göstərmək niyyətindədir. Bununla bağlı əldə etdiyimiz xəbərlərdə bildirilir ki, Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Nəcməddin Sadıkov bu güc strukturundakı bütün əsas mövqeləri ələ keçirib. Hələ üstəlik mövqelərini də gücləndirib. Belə ki, o, özü üçün rəqib saydığı ali rütbəli zabitləri vəzifələrindən uzaqlaşdırdıqdan sonra nazirliyin bir sıra prestijli vəzifələrinə öz kadrlarını yerləşdirib. Əldə etdiyimiz digər xəbərlərdə bildirilir ki, Müdafiə Nazirliyində başa çatmış kadr islahatlarında baş qərargah rəisi Nəcməddin Sadıkovun mühüm rolu olub. Verilən xəbərlərə görə, müdafiə naziri dəyişildikdən sonra Nəcməddin Sadıkov fürsətdən istifadə edərək öz məqsədlərini reallaşdıra bilib. Az müddət əvvəl bu güc strukturunda onun əsas rəqiblərindən birinə yaxın şəxslərin "vurulması”, keçmiş müdafiə nazirinin işdən çıxardığı şəxslərin nümayişkəranə şəkildə yüksək postlara təyin edilməsi Nəcməddin Sadıqovun xüsusi ssenarisinin tərkib hissəsidir. Artıq çağırış sistemini nəzarətə götürən Nəcməddin Sadıkov digər məqsədlərini də reallaşdırıb. Əvvəllər nazirlikdə o qədər də söz hüququ olmayan baş qərargahın rəisi Nəcməddin Sadıkov sabiq rəqiblərinə ən yaxın adamlarını bir-birinin ardından vəzifədən uzaqlaşdırıb. Bildirilir ki, generalın şəxsi maraqları üzündən nazirlikdən uzaqlaşdırılanlar arasında kifayət qədər peşəkar hərbçilər də var. Bu da şübhəsiz ki, MN-in əsas vəzifələrindən kənarlaşdırılanlar arasında psixoloji gərginliklərin ortaya çıxmasına rəvac verir. Təəssüf ki, bəziləri belə addımı atanda onun nəticələrini götür-qoy etməyiblər. Məsələn, nazirlikdən uzaqlaşdırılanlar həmin generalın rəqiblərindən birinə yaxın olduqlarından demək olar əksəriyyəti vəzifələrindən kənarlaşdırıldı. Məlumatlarımızda vurğulanır ki, dəyişikliklərin orta zabit heyəti ranqına qədər endirilməsi narazılıqlarlara səbəb olub. Nazirliyin üst heyətdə dəyişikliklər demək olar ki, başa çatıb. Nəcməddin Sadıkov sabiq rəqiblərinə ən yaxın olan orta ranqlı zabitləri vəzifələrindən kənarlaşdırmağa nail ola bilib. Mənbəmiz bildirir ki, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi artıq bütün rəqiblərini zərərsizləşdirib. Buna görə də Nəcməddin Sakıqov indi nazirlikdə çox arxayın davranır. \\ gundelik-bakı \\ Geri qayıt |