Əsas Səhifə > Güney Press / Ana xəbər > İsmət Abbasov gedəndən Azərbaycanda spirtli içki istehsalı azalır

İsmət Abbasov gedəndən Azərbaycanda spirtli içki istehsalı azalır


22-07-2014, 12:51
İsmət Abbasov gedəndən Azərbaycanda spirtli içki istehsalı azalır
DİA.AZ: - Azərbaycana spirtli içki idxalı artır. Ötən il iyulun 1-i üçün ölkəyə $31,3 mln, bu il $33,4 mln məbləğində spirtli içki idxal edilib, - deyə İqtisadi Tədqiqatlar Mərkəzində Turan-a bildiriblər.

Dövlətstatkoma görə, ilin I yarısında bu məhsulun istehsalı 2,7% azalıb. Şampan istehsalında azalma 53,9% olub (satışa 4,1 min dekalitr çıxarılıb). Likör istehsalı 31,4 min dekalitr (mənfi 38,4%), araq 319 min dekalitr (mənfi 25,9%) olub. Pivə istehsalında (2 mln 650,8 min dekalitr) 18,7% azalma var. Yalnız şərab istehsalında 11,8% artım olub - mütləq rəqəmlərlə 298,8 min dekalitr.

İTM eksperti Vahid Məhərrəmov hesab edir ki, bu sahədə rəqabət qabiliyyəti yoxdur. Məhsulun keyfiyyəti Rusiya analoqlarından geri qalır. Bu, göstəricilərdən də görünür. 2011-ci ildə Azərbaycana işki idxalı $ 15 mln, 2013-cü ildə $30 mln məbləğində olub, deyə o bildirib.

DİA.AZ xatırladır ki, ölkənin spirtli içki bazarında əsas fiqurlardan biri hər zaman keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasov olub. İndi psə görünəni odur ki, İsmət Abbasov nazir postundan alınandan sonra bu sahəyə nəzarət rıçaqlarını da əldən verib.

Geri qayıt