Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovun amerikalı ortaqları neft bazarından getməyəcək
Ziya Məmmədovun amerikalı ortaqları neft bazarından getməyəcək22-07-2014, 09:15 |
![]() Baghlan Group-un şəriki В«Bahar-Qum dənizВ» yatağının işlənməsi layihəsinin maliyyələşməsi üçün $21 mln cəlb edib. "Greenfields Petroleum" Amerika şirkətinin ( Bahar Energy ltd-də 33,3% səhmi var) məlumatına görə, təşkilatçı "Meridian SEZC" şirkətidir. "Kredit vəsaiti Bahar Energy Limited-in cari əməliyyatlarının maliyyələşməsi üçün nəzərdə tutulub. Kredit dərəcəsi ilik 12%-dir, son ödəniş 30 iyun 2018-ci ildir", - deyə məlumatda bildirilir. ARDNŞ ilə Bahar Energy limited В«Bahar-Qum dənizВ» yatağında kəşfiyyat, reabilitasiya, işləmə və hasilatın pay bölgüsü barədə saziş 22 dekabr 2009-cu ildə imzalanıb. Bahar Energy limited 80%, ARDNŞ 20% paya malikdir. Saziş 25 illiyə, 5 ilm uzatma imkanı ilə bağlanılıb. İlkin investisiya proqramının qiyməti $1 mlrd-dır. İnvestisiyanın hamısını Bahar Energy limited qoyub. Blokda 25 mlrd kubmetr qaz olduğu güman edilir. “Qum dəniz” yatağı 1955-ci ildə, “Bahar” qaz yatağı 1969-cu ildən istismara verilib. Geri qayıt |