Əsas Səhifə > Güney Press / Ana xəbər > İki generalın vəzifəsindən alınması gözlənilir
İki generalın vəzifəsindən alınması gözlənilir18-07-2014, 15:18 |
![]() Ölkədə ən çox şikayət olunan qurumların sırasında Dövlət Yol Polisi İdarəsi birinci yerdə qərarlaşıb. Buna səbəb BDYPİ-də rüşvət, korrupsiya və özbaşınalığın hakim kəsilməsidir. JAM.AZ xəbər verir ki, qeyd olunan halları təsdiq edən foto və videogörüntülərin sayı-hesabı isə yoxdur. Hətta iş o yerə çatıb ki, BDYPİ rəhbərliyi DYP işçilərinin gizli şəkildə çəkilməsini qadağan edən qanun qəbul etdirmək üçün hərəkətə keçib. Amma… İşin amması odur ki, ötən günlərdə prezident İlham Əliyev mühüm dövlət tədbirlərindən birinə gedərkən, 4 dəqiqə tıxacda qalıb. Daha doğrusu, dövlət başçısını müşayət edən Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun sürücüsü yolu səhv gedərək, başqa istiqamətdə hərəkət edib və nəticədə qeyd olunan vəziyyət yaranıb. Mətbuatın yaydığı məlumata görə, bu olaydan sonra Həsən Şirinovun sürücüsü işdən çıxarılıb. Amma məsələnin bununla kifayətlənəcəyi gözlənilmir. JAM.AZ-ın əldə etdiyi bilgilərdə deyilir ki, baş verən hadisə ilə əlaqədar iki general artıq tənbeh olunublar. Belə ki, Həsən Şirinov və BDYPİ-nin rəisi Ramiz Zeynalov Prezidentin Mühafizə İdarəsinin rəhbərliyi tərəfindən dəvət olunub və onlardan baş verən hadisənin izahatı alınıb. Mənbə iddia edir ki, hal hazırda ən çətin durumda olan şəxs Ramiz Zeynalovdur. Çünki o, bilavsitə yolların açılması və tıxacın aradan qaldırılmasına məsul olan şəxsdir. Lakin bununla yanaşı, generalın işini ağırlaşdıran başlıca səbəb onun haqqında olan şikayətlərin həddindən artıq çox olmasıdır. Ki, Prezident Admnistrasiyasında artıq bununla bağlı xüsusi hesabatın hazırlandığı və yaxın günlərdə prezidentə təqdim olunacağı gözlənilir. Məlumatda qeyd edilir ki, indiyə qədər Admnistrasiyadakı yaxınları vasitəsi ilə şikayətləri birtəhər ötüşdürən BDYPİ rəisi artıq bu imkkanlardan da məhrum olub. Onunla bağlı qərarın isə yaxın günlərdə veriləcəyi gözlənilir. Həsən Şirinova gəldikdə isə sürücüsünün işdən çıxarılacağı ilə problem həll olunmayıb. JAM.AZ-a verilən məlumata görə, BŞBPİ-nin rəis müavini əmrini gözləyir. Geri qayıt |