Əsas Səhifə > Güney Press / Ana xəbər > Abdullayev-Cavadov-Rzayev cütlüyü Əmiraslanovaya qarşı
Abdullayev-Cavadov-Rzayev cütlüyü Əmiraslanovaya qarşı16-07-2014, 14:23 |
![]() ABU-nun sabiq rektoru Elşad Abdullayev Avropa Azərbaycanlıları Milli Birlik Şurasının İsveçrədə sığınacaq almış sədri Qabil Rzayevə dəstək durmaq üçün ora gedib. Avrasiya.net-in əldə etdiyi məlumata görə, E.Abdullayevlə Avstriyada məskunlaşan Mahir Cavadov Q.Rzayevə Almaniyada məskunlaşan Yeganə Əmiraslanovanın bu ölkədən didərgin salmaq planına dəstək durublar. Xatırladaq ki, Azərbaycanlıları Milli Birlik Şurasının rəhbərliyi ötən ilin avqust ayından təşkilatda baş verən biabırçılıqlarla bağlı mətbuatda məlumatların getməməsi üçün ümumilikdə qərar qəbul edib. Lakin Qabil Rzayevin ötən ilin avqust ayında İdarə Heyətinin qərarı olmadan Moskvaya səfər etməsi, orada təşkilatın Rusiya nümayəndəliyinin təsis konfransını keçirməsi, müxtəlif səviyyədə görüşlər və toplantılar düzənləməsini mətbuatdan öyrənən rəhbərlik onu cəzalandırmaq qərarına gəlib. İdarə Heyəti bütün bu olayları araşdırmaq məqsədilə Əli Hacılı, Elxan Əlibəyli, Yeganə Əmiraslanova, Surxan Lətifovdan ibarət Nəzarət Təftiş Komissiyası yaradıb. Komissiya üzvlərinin tələbinə əsasən üç gün ərzində münaqişə edən hər iki tərəf-təşkilatın Moskva nümayəndəsi Qalib Hüseynov və Qabil Rzayevdən baş verən olayların təfərrüatı yazılı şəkildə alınaraq müzakirə olunub və İH üzvlərinə nəticə-hesabat verilib. NTK üzvlərinin hesabatından məlum olub ki, baş verənlərdə birbaşa olaraq Qabil Rzayev səbəbkardı. Məhz onun özbaşına qəbul etdiyi qərarlar ucbatından Moskvada kritik vəziyyət yaranıb. NTK-nın hesabatı müzakirə olunan gün Rusiya nümayəndəsi Qalib Hüseynov, Moskvadan olan İH-nin üzvü Ehtiram Dəmirov və sədr Qabil Rzayevin səsli hesabatları bir daha dinlənilib və nəticədə NTK-nın qərarı təsdiqlənib. Bu arada Yeganə Əmiraslanova söz alıb deyib ki, Qabil Rzayev gündüz ona övladlarının yanında zəng edərək axşam İH-nin iclasında onu müdafiə etməsini tələb etmiş, əks təqdirdə onun haqqında Alman Hökümətinə olumsuz məktub yazacağı, onun Avropada oturum almasına imkan verməyəcəyi ilə hədələyib. Gözlənilən olmasa da Qabil Rzayev Yeganə Əmiraslanovanın şəxsiyyəti, onun Azərbaycanın ictimai-siyasi həyatındakı əhəmiyyətli fəaliyyəti barədə geniş danışdıqdan sonra çıxışını konkret olaraq bu sonluqla bitirdi: “Yeganə xanımdan hamınızın hüzurunda üzr istəyirəm. Mən əsəbi olduğumdan o sözləri demişəm. Lakin mən heç vaxt belə nadürüst, nakişi hərəkət etmərəm. Mənim əcdadımda belə nakişilik olmaz. Yeganə xanımın övladları mənim yeyənlərimdi. Ən qısa zamanda ailəmlə birlikdə onları ziyarət edəcəm”. İH üzvləri Qabil Rzayevin istefasını və Moskvadakı öhdəliklərini ən qısa zamanda yerinə yetirməsi tələbini qoysa da o israrlı şəkildə təşkilatdan getməyəcəyini və heç bir öhdəlinin olmadığını bildirib. Və…belə olan halda təşkilatda kütləvi istefalar baş verib. İH üzvləri Sədiyar Zeynalov, Əli Hacılı, Ataxan Əbilov, Telman Məcidoğlu, İlkin Əlirzayev, Qalib Hüseynov, Ehtiram Dəmirov, Elxan Əlibəyli, Yeganə Əmiraslanova, Bəhruz Əliyev təşkilatı tərk edib. Qabil Rzayev isəYeganə Əmiraslanova ilə baglı qərəzli hərəkətini əslində həyata keçirib. Alman Hökümətinə Yeganə Əmiraslanova ilə bağlı iftiralarla dolu məktub yazıb. Təşkilatın rəhbərliyi də Azərbaycan mediasına bildirib ki, saxta mənəviyyat sahibi olan bu şəxs utanmadan hələ də şəxsi facebook səhifəsindəki sərsəmləmələrində başqalarına çamur atmaqda davam edir, dedi-qodu ilə məşğul olub. Onun Avropa Azərbaycanlıları Milli Birlik Şurası adından söz deməyə haqqı olmadığı söylənilib. Bir kişinin başqaları ilə birləşib bir qadına qarşı mübarizəsi kişilikdən deyil. Geri qayıt |