Əsas Səhifə > Güney Press / Ana xəbər > FTX dünyada ən zəngin ermənilərdən birini saxlayıb
FTX dünyada ən zəngin ermənilərdən birini saxlayıb16-07-2014, 14:20 |
![]() Rusiya FTX əməkdaşları Moskvada erməni diasporunun ən zəngin nümayəndələrindən biri Levon Ayrapetyanı saxlayıblar. Əməliyyat RF İstintaq Komitəsinin “Kinqisep” cinayətkar qrupun fəaliyyətinin araşdırılması çərçivəsində aparılıb. Rusiya xususi xidmətindəki mənbə “Rosbalt”a bildirib ki L.Ayrapetyan iyulun 15-də “Domodedovo” aeroportunda RF FTX əməkdaşları tərəfindən saxlanılıb. O, Monakodan gəlirmiş. Əks-kəşfiyyatçılar güclü mühafizənin müşayiətilə biznesmeni RF İstintaq Komitəsinə dindirməyə aparıblar. Orada ona rəsmən saxlanıldığı bildirilib. Yaxın günlərdə istintaqçılar Ayrapetyanın həbsi ilə bağlı Moskva Basman məhkəməsində vəsatət qaldırmaq niyyətindədir Oliqarxa qarşı əməliyyat “avtoritet” Sergey Finaqinin rəhbərlik etdiyi “Kinqisep” qrupunun fəaliyyəinin araşdırılması çərçivəsində aparılıb. L.Ayrapetyanın cinayətkar qrupun fəaliyyətinə bağlılığı barədə məlumatı istintaqçılara hazırda ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş senator İqor İzmestyev verib. L.Ayrapetyan ABŞ-da ən iri korporasiyalardan biri olan "Tracinda Corporation"-in təsisçisi və prezidenti amerikalı sahibkar Kirk Kerkoryanın rəhbərlik etdiyi erməni diasporunun ən zəngin nümayəndələrindən biridir. O, Osmanlı imperiyasında ermənilərin soyqırımı tanınmasına lobbiçilik edir. Geri qayıt |