Əsas Səhifə > Güney Press / Ana xəbər > Fazil Məmmədovun adamları Saatlıda möcüzəyə imza atdılar
Fazil Məmmədovun adamları Saatlıda möcüzəyə imza atdılar16-07-2014, 10:53 |
![]() İnterpress.az-a müraciət edən Saatlı rayon sakini Abbas Hacıyevin üçaylıq uşağından 55 manat vergi tutublar Belə ki, bu ilin may ayının 28-də əkiz oğul atası olan oxucumuzun uşaqlarından biri zəif olduğu üçün dünyasını dəyişib. Sağ qalan uşağının dövlət tərəfindən verilən müavinətini almaq üçün Saatlı rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət edən A.Hacıyev tələb edilən bütün sənədləri təqdim etdikdən sonra ona qanunla nəzərdə tutulan 90 manat əvəzinə 35 manat məbləğində vəsait çatacağını bildirilib. Səbəb isə çox gülüncdür. Sən demə, 3 aylıq körpəyə dövlətin verdiyi 90 manatlıq müavinətin 55 manatını Sosial Müdafiə Mərkəzi vergiyə çıxıb. Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə 2013-cü il 1 sentyabr tarixindən 90 manat müəyyənləşdirilib. El arasında “südpulu”, “sevinc pulu” deyilən bu müavinəti almaq üçün valideynlərdən xeyli vəsait tələb olunur. Qeyd edək ki, şikayətçiyə qarşı edilən haqsızlığı araşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142- Qaynar xətti ilə əlaqə saxladıq. Hazırda A.Hacıyevin şikayətinin araşdırıldığı bildirildi. Mövzunu davam etdirəcəyik. Geri qayıt |