Əsas Səhifə > Güney Press / Ana xəbər > Heydər Əsədov Dünyamalıyevin nəyinə "aşiq olub"?
Heydər Əsədov Dünyamalıyevin nəyinə "aşiq olub"?15-07-2014, 11:43 |
|
Kənd Təəsrrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti tamamilə rəis müavini Ələddin Eyvazovun nəzarətinə keçib və bu önəmli dövlət qurumu faktiki olaraq Ələddin Eyvazovun şəxsi obyekti kimi idarə olunur Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Məmmədəli Dünyamalıyev demək olar ki, qurumun işləri məşğul olmur. Xatırladaq ki, Məmmədəli Dünyamalıyevin yaşı 70-i ötüb və o, xidməti vəzifələrini icra edə bilmir. Elə buna görə də xidmət rəisinin bütün səlahiyyətlərini müavini Ələddin Eyvazov öz üzərinə götürüb. Məlumatda qeyd olunur ki, Dövlət Fitosanitar Nəzarət Xidmətinin bütün qurumlarını öz nəzarəti altına alan Ələddin Eyvazov son 1 ildə Xidmətə ayrılan vəsaitlərin böyük əksəriyyətini müxtəlif yollarla məşğul olub. Belə ki, rəis müavinin əsas gəlir mənbələrindən birinin xidmətin nəzdində olan müxtəlif strukturların rəhbərlərindən 3 aydan bir yığdığı В«hesabВ» paketi olduğu bildirilir. Bildirilir ki, 16 rayonda yerləşən bitkilərin karantin məntəqləri, rayonlararası bioloji laborotiyalar, 57 rayonda fəaliyyət göstərən bitki mühafizə mərkəzləri Ələddin Eyvazovun dövlət vəsaitlərini silmə yerləridir. Rəis müavini məhz məntəqə, laboratoriya və mühafizə mərkəzləri rəisləri ilə əlbir olaraq dövlətdən ayrılan vəsaitləri müxtəlif işlərin görülməsi, dərmanların, cihazların alınması, avadanlqıların yenilənməsi adı altında silir. Bir qayda olaraq qiymətlər şişirdilir, həmçinin sənəddə göstərildiyindən bir nesə dəfə az alınır. Məntəqə, laboratoriya və mühafizə mərkəzləri rəisləri öz haqqlarını aldıqlarına bu В«əskiklərəВ» göz yumur və sakitcə olmayan malları В«istifadə edirlərВ» Xatırladaq ki, Dövlət Fitosanitar Nəzarət Xidmətində 550 nəfər işçi çalışır və xidmətin nəzdində Respubilka Bitkilərin Karantini Ekspertizası laboratoriyası, Respubilka Nəzarət - Toksikologiya laboratoriyası, Respubilka Bitki Mühafizəsi Mərkəzi, Cəngi Pestisid Poliqonu, Rayon və rayonlararası bitkilərin karantini məntəqləri (16), Rayonlararası bioloji laboratoriyalar (5), Rayon bitki mühafizəsi mərkəzləri (57) fəaliyyət göstərir Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |