Əsas Səhifə > Güney Press / Ana xəbər > Eston deputat Azərbaycanla korrupsiya əlaqələrində ittiham olundu

Eston deputat Azərbaycanla korrupsiya əlaqələrində ittiham olundu


12-07-2014, 12:58
Eston deputat Azərbaycanla korrupsiya əlaqələrində ittiham olundu
Estoniyada Tallinn Şəhər Şurasının deputatı Eerik-Niyles Kross Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunur.

Virtualaz.org saytı eston KİV-lərinə istinadən xəbər verir ki, özünü korrupsiyaya qarşı alovlu mübariz kimi tanıdan E-N.Krossun indi özü korrupsiya cinayəti ilə bağlı kriminal araşdırmanın obyektinə çevrilib. Buna səbəb deputatın çirkli pulların yuyulması sxemində dolayısı ilə bağlılığının olmasıdır.

Eerik-Niyles Kross qalmaqallı biznesmen, estoniyalı məşhur supermodel Karmen Kaasın ortağı, daşınmaz əmlak və neft biznesi ilə məşğul olan Yurgen Yarvikə Azərbaycanla biznes qurmaqda kömək edib və bu xidmətinin əvəzində ondan pul mükafatı alıb.

E-N.Kross Y.Yarvikə Azərbaycanla biznes qurmaqda kömək etdiyini gizlətmir. Onun bildirdiyinə görə, onun işi Y.Yarviki Azərbaycandakı əlaqələri vasitəsilə yalnız calaşdırmaq olub və məsləhət xidmətinə görə ondan qonorar alıb.

Bununla belə istintaq araşdırmaları zamanı məlum olub ki, E-N.Kross özü Y.Yarviklə azərbaycanlılar arasında işgüzar yazışmalarda şəxsən iştirak edib, qiymət təklifləri və loqistika barədə soruşub, onun biznes sövdələşməsi ilə bağlı bütün informasiyalara çıxışı olub.

Yurgen Yarvik “Q Vara” firmasının eks-sahibidir və top-model Karmen Kaasın biznes-partnyoru kimi tanınır. O, bir müddət yanacaq biznesi ilə məşğul olub, saxta şirkətlər və sənədlər vasitəsilə əlavə dəyər vergisi (ƏDV) ödəməkdən yayınıb və hazırda onun işini Estoniya prokurorluğu araşdırır.

Estoniya nəşrlərinin məlumatlarında o da bildirilir ki, Yurgen Yarvikin daşınmaz əmlak biznesi iflasa uğradıqdan sonra neft biznesi işinə girib, ancaq bu biznesi öz adına rəsmiləşdirməyib.

Geri qayıt