Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycandakı PKK yandaşları kürd dövlətinə dəstək verdi

Azərbaycandakı PKK yandaşları kürd dövlətinə dəstək verdi


12-07-2014, 11:56
Azərbaycandakı PKK yandaşları kürd dövlətinə dəstək verdi
Avrasiya.net-ə “AKİB” sədri Tahir Süleyman və ə “YEKBUN” təşkilatının həmsədri Namiq Nəsibov, habelə Bakı“YEKBUN” həmsədri Azər Süleymanov tərəfindən İraqda formalaşan Kürdüstan dövlətinə dəstək xarakterli bəyanat daxil olub. Bəyanatda deyilir:
“Biz Azərbaycanda yaşayan kürdlər İraq Respublikasında baş verən içtimai siyasi durumu nəzərə alaraq bildiririk:
Bugün İraq Respublikası Baş Naziri Nuri Əl-Maliki Respublikanı idarə edə bilməməsindən İraqın müxtəlif yerlərində baş verən terror aktları və İŞİD adli terror təşkilatının İraqın Səlahəddin,Tiqrit və Mosul kimi böyük şəhərlərini maneəsiz şəkildə işğal etmiş, İşğal etdiyi şəhərlərdə, ərazilərdə müxtəlif qanlı olaylar törətməktədir. Hazirda orda dini,irqi ayrıseçkilik qoyaraq minlərlə insanları qətlə yetirməktədirlər.
Faşist Səddam Hüseyinin devrilməsindən sonra yaradılmış Kürdüstan höküməti cənab Məsud Bərzaninin uzaqgörən siyasəti nəticəsində bölgədə sabitlik, stabillik əmin-amanlıq hökm sürür. Bununla yanaşı İraqdan, Suriyadan və digər bölgələrdən Kürdüstana pənah gətirmiş qaçqınlara lazımi yardımlar göstərmiş və onları qida və lazımi tibbi yardımla təmin edilmişdir. Dünyanın qəbul etdiyi Kürdüstan bölgəsinin prezidenti Məsud Bərzani İraqda yaranmış xaos ve özbaşınalıgı nəzərə alaraq Kürdüstanda, Kürdüstanın müstəqilliyi üçün referendum keçiriliməsi qərarını qəti şəkildə vermişdir.
Bunu çoxdan gözlənilən bir addım kimi qiymətləndirir, Kürdüstanın prezidenti Məsud Bərzaninin bu addımını bütün Azərbaycanda yaşayan kürdlər adından dəstəkləyirik və müstəqil Kürdüstanin yaradılmasının tərəfdarıyıq.
Rədd olsun İraqın Baş Naziri Diktator Nuri Əl-Maliki
Kürdüstana Azadliq!”

Geri qayıt