Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Qazaxda yeni fırıldaq üsulu icad olunub – Rayonun işsiz kütləsinə necə gəldi saxta rütbələr paylanılır
Qazaxda yeni fırıldaq üsulu icad olunub – Rayonun işsiz kütləsinə necə gəldi saxta rütbələr paylanılır10-07-2014, 11:09 |
DİA.AZ: - Qazax rayonunda yeni fırıldaq üsulu icad olunub. Bu barədə DİA.AZ-a rayon sakinləri məlumat veriblər. Redaksiyamızın elektron ünvanına daxil olan məlumatı diqqətinizə təqdim edirik: “Son bir ayda ölkədəki milyarderlər pullarının dəyərdən düşməməsi məqsədi ilə müxtəlif formada müdafiə mövqelərinə keçiblər. Onlar MMC-lər yaratmaqla yalnız maxinasiyalarla məşguldurlar. “Fakt araşdırma” MMC, “T” Qrupu MMC, “Bələdiyyə xidməti” MMC və.s kimi qurumlar rayonu başına götürüb. Hamısı da hüquq-mühafizə orqanlarının geyiminə tam oxşar “xidməti” geyimlərlə təmin olunublar. Bu da işə götürülənlərin həvəsləndirilməsi üçündür. Həmin MMC- nin rəhbərləri hər gün də kadr toplamaqla məşğuldur. Təhsilinə və savadına baxılmadan gənc və orta yaşlı vətəndaşlar işə cəlb edilir. İşə götürülən kadrlara leytenantdan başlamış mayora kimi rütbə verilir. Bunların nə olduğu haqqında kimdən öyrənilməsində rayon ziyalıları da çaşıb. Onlar belə düşünürlər ki, “əvvəllər bir çavuş rütbəsini almaq üçün “dəridən-qabıqdan” çıxmalı olurdun. İndi MMC-lərə işə götürülənlərin əksəriyyətini rayon əhalisi yaxşı tanıyır: maşın oğrusu, dəllək, çayxana işçisi və s. leytenant, mayor .olub. Bəs, rayonun icra başçısı, prokuror və polis rəisi hara baxırlar?” Bəli, vətəndaşların sözlərində həqiqət çoxdur. Adicə, Qazax Telekommunikasiya Qovşaşına bitişik bina “T” Qrupu MMC-yə icarə verilib. Qovşağın həyəti paqonlularla doludur. Sanki, Qazaxda fövqalədə vəziyyətdir. “T” Qpupu MMC-ni fəaliyyəti binanın çöl tərəfində yazılıb. MMC mübahisəli məsələləri həll etmək, şirkət açmaq, vətəndaşlara hüquqi yardım etmək və ş. ilə məşğuldur. Buradan belə sual ortaya şıxır: hüquqi yardımı dəlləkmi, maşın oğrusumu və ya çayxana işçisimi verəcək? Rayonda o da söylənilir ki, MMC-lərə işçilər heç də elə-belə götürülmür... Yəqin ki, düşünməyə hər cür əsas vardır”. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |