Əsas Səhifə > Güney Press / Ana xəbər > Sələfinin saqqalını qırxanın oğlundan şok açıqlama gəldi

Sələfinin saqqalını qırxanın oğlundan şok açıqlama gəldi


8-07-2014, 14:09
Sələfinin saqqalını qırxanın oğlundan şok açıqlama gəldi
İyulun 4-də Sabirabad şəhərində Kürdəmir sakini , sələf əqidəsinin daşıyıcılarından olan, Cavanşir Zərbəliyevin döyülməsinə və saqqalının qırxılmasına rəhbərlik edən Rəmzi Zeynalovun oğlu Ramiz Zeynalov sensasiya sayıla biləcək açıqlama yayıb.

Sələfinin saqqalını qırxanın oğlundan şok açıqlama gəldi

Avropa.info xəbər verir ki, 20 yaşlı Ramiz Zeynalov odnoklasnik sosial şəbəkəsində atasının törətdiyi əmələ görə onu qınayan, əsasən şiə məzhəbindən olan gənclərə cavab verərkən şok effekti yaradacaq açıqlama verib. Həmin açıqlamada Ramiz Zeynalov Cavanşir Zərbəliyevin saqqalının qırxılması üçün polisdən "dobro" aldıqlarını iddia edir. Rəmzi Zeynalovun oğlu tərəfindən polisə qarşı irəli sürülən ittihamın fotosunu təqdim edirik.

Yaxın dəqiqələrdə ittihamla bağlı polisin açıqlamasını da təqdim edəcəyik.

Geri qayıt